Təcridxana - enli tərəfi ayırıcı barmaqlıqlarla dartılmış yuva çərçivəsinin ölçüsünə görə hazırlanmış yeşikdir (Şəkil 1.15). Barmaqlıqlarda gözcüklərin ölçüsü işçi arıların keçə biləcəyi qədər olmalıdır. Təcridxanaya yaxşı şanlarla arı qovuqcuqları qoyulduqdan sonra ana yerləşdirilir.
Ana məhz bu şanda yumurtalayacaq. Arıxanada təcridxana olmadığı halda ana ailəsinin mərkəzinə ananın yumurta qoyması üçün yaxşı arı qovuqcuqları olan şan qoyun. Ana qovuqcuqları sürətlə yumurtalarla doldursa, yuvanı qısaldın və istiləşdirin, ailəni isə yemləyin. Belə olduğu halda ana qoyulmuş şanda tez yumurtalamağa başlayır.
Yumurta qoyulan günə görə sürfələrin doğulacağını müəyyən edin (inkubasiya 72 saat 35o C temperaturda keçir).
Yavaş-yavaş yuvadan çərçivəni çıxardın və şan sürfə ilə dolduqdan sonra üzərindən arıları süpürün. Çərçivələrdə arıları sirkələmək olmaz. Bu, sürfələrin həyat fəaliyyətinə mənfi təsir göstərə bilər. Ondan sonra arılarla olan şanı daşınan yeşiyə qoyun və havanın temperaturu 20oC-25o C-dən aşağı və yelçəkən yeri olmayan isti otağa salın. Sonra şanı masanın üzərinə qoyun və iti, yüngül qızdırılmış bıçaqla bir lay sürfəli qovuqcuqları olan şandan zolaqlar kəsin. Zolağı çərçivədən aşağı kəsməyin. Aşağı temperatur nəticəsində sürfələr az yararlı olur.
Zolaqların bir tərəfindən qovuqcuqların divarlarının hündürlüyünün yarısına kimi kəsin. Zolaqları hər birinin bir qovuqcuğu olan ayrı-ayrı hissələrə bölün. Sonra əvvəlcədən hazırlanmış çubuqla sürfəyə toxunmadan qovuqcuqları bir az genişləndirin.
Bir sürfə ilə olan hazırlanmış şanların hissələrini mumda əridilmiş yaxalığa xüsusi mantar və ya nazik taxta paz ilə yapışdırın (Şəkil 1.16).
Mantarlar - quru ağacdan kəsilib hazırlanan (bədmüşk, cökə, qovaq) və 1 santimetr ölçüsündə olan balaca taxta dairələrdir. Sürfə ilə olan mantarları bərkidilmiş çərçivədə yerləşdirin, içərisini isə iki uzunsov taxta ilə bərkidin.
Mantarları taxtalara mumla yapışdırın və ya mıxlayın.
Pazı laylara ayrılmış faner və ya kibrit qutusundan hazırlayın. Onlar üçbucaq formasında olur (uzunluğu 35, eni 1,5 millimetr). Bu üçbucağın enli tərəfinə sürfə ilə qovuqcuğu yapışdırın, nazik küncü ilə isə tünd şanlara sıra ilə onu elə salın ki, pazların arasında üfüqi məsafə 3, şaquli isə 5-6 santimetr olsun. Arılar sürfələrlə olan qovuqcuqlara hörülmüş analığı yapışdıra bilmədiyi üçün onlar şanlara bitişik olmamalıdır. Mantar və üçbucaqlar o cəhətdən rahatdır ki, analıqları