Beçə ana yuvasının alınması. Yazda təsərrüfat baxımından yüksək faydalı əlamətləri olan ən yaxşı güclü ailəni seçin. Sürfə və gənc anaların sürətlə yığılması üçün lazımi şərait yaradın.
Gənc arıların uçuşu zamanı arıların çərçivələrinin üstündə sıx oturması üçün yuvanı qısaldın. Bu, arılarda beçəvermə vəziyyətinin yaranmasına səbəb olur, həmçinin də arılar beçə ana yuvasını qurmağa başlayır. Bu cür beçə ana yuvalarından yaxşı inkişaf etmiş, yüksək yumurtlayan analar almaq olar. Bu cür ailədə ana yuvalarından analar çıxmamış analıqları kəsin, çünki arı beçəsi çıxa bilər. Analıqların birinci kəsimi zamanı ailədən ananı çıxardın. Axırıncı analıqların birini ananın çıxması üçün ailəyə saxlayın.
Hər bir analığı üçbucaq formada kəsir, şanlarla yeni ailəyə salır, orada isə onun köçürülməsi üçün müəyyən kəsiklər eləyirlər (Şəkil 1.14).
1.1. Sürfələrin köçürülməsi ilə anaların çıxarılmasıBu üsulla analıqların alınması üçün şanlarla lazımi yaşda olan sürfələr olmalıdır. Bu cür sürfələrə açıq sürfə ilə olan şanda rast gəlmək olar. Gözəyarı kiçik sürfələrin seçilməsi təcrübə tələb edir, əks halda səhv etmək olar və gənc (birgünlük) ananın yerinə yaşlı (üçgünlük) ana götürə bilərsiniz, bu isə öz növbəsində yolverilməzdir. Ona görə sürfələrin yaşını gözəyarı müəyyən edərkən səhvə yol verməmək üçün lazımi yaşda sürfələri almaq üçün təcridxanadan istifadə edin.