Düzgün mayalanmış ana arı hər boş qovuqcuqda bir ədəd yumurta qoyur (Şəkil 1.4), lakin düzgün mayalanmamış ana arı bir qovuqcuğa 2 və daha çox yumurta qoyur, bu yumurtalardan çıxan erkək arılar olur (Şəkil 1.5).
Tam mayalanmış ana arı çox məhsuldar olur. Ana arı yaz mövsümündə gün ərzində 1000-1500 yumurta qoyur (Şəkil 1.6). Ana arı nə qədər çox yumurta qoyarsa, ailənin işçi arısının sayı o qədər çox olar. Ailənin gələcəyi bu yumurtalardan çıxan işçi və erkək arı ilə təmin edilir. Ana arı kifayət qədər yumurta qoymadıqda işçi arıların sayı artmaz, ailə inkişaf etməz. Ailədə nə qədər çox işçi arı olarsa, ailə də o qədər çox bal və çiçək tozu toplayar.
Ədəbiyyat məlumatlarından bu cür statistika mövcuddur: fevral ayında ana hər gün 100 yumurta qoyur, yəni bir aya cəmi 2800 dənə, mart - 250 və 7750, aprel - 435 və 43050, may - 1250 və 38750, iyun - 1720 və 51600, iyul - 820 və 25420, avqust - 630 və 19530. sentyabr - 440 və 1320 və nəhayət, oktyabrda hər gün 65 dənə, yəni aya cəmi 2015 dənə.
Ananın illik məhsuldarlığı 174115 yumurta təşkil edir. Ananın məhsuldarlığını bu cür göstəricilərlə ölçürlər. 1500 yumurtanın çəkisi onun öz çəkisinə bərabər olmalıdır. Əgər bir gündən sonra ana çox yumurtlasa, onun məhsuldarlığı öz çəkisindən üstün gəlir. Buradan məlumdur ki, yumurtlayan analarda maddələr mübadiləsi nə qədər sürətlə davam edir.
Təbii ki, ananın yumurtladığı zaman yemə olan ehtiyacı öz bədənin çəkisindən daha çox olur. Məhz bu səbəbdən ananın ətrafına yemləyici arılar yığılır.