|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 7
Sual 1. Səhv variantı seçin:
A) Əvvəllər arıçıların rolu yalnız istehsalla məhdudlaşırdı;
B) Əvvəllər arıçılıqda istehlakçıların ehtiyac və istəkləri çox vacib əhəmiyyət kəsb edirdi;
C) Onlar əsas diqqətlərini istehsal, səmərəliliyin artırılması və xərclərin azaldılmasına
yönəldirdilər;
D) Əvvəllər arıçılar məhsullarını istehsal edərək satışa çıxarırdılar.
Sual 2. Marketinqin dayanıqlılığı nələri özündə ehtiva edir?
A) Ətraf mühit, maya dəyərinin çoxaldılması;
B) Ətraf mühit, maya dəyərinin çoxaldılması, gəlirliliyin artırılması;
C) Ətraf mühit, maya dəyərinin azaldılması, gəlirliliyin artırılması;
D) Ətraf mühit, dəyərinin azaldılması, gəlirliliyin azaldılması.
Sual 3. Orqanik məhsul üçün arı təsərrüfatından hansı məsafədə zərərli tullantı, zərərvericilərə
qarşı
kimyəvi maddələrdən istifadə edilməməlidir?
A) 3 kilometrə qədər;
B) 1 kilometrə qədər;
C) 10 kilometrə qədər;
D) 50 kilometrə qədər.
Sual 4. Eyni anda istifadə edilən və ya birlikdə satılan, yaxud da bir-biri ilə əlaqəli ehtiyacları
qarşılayan məhsullar ......... məhsullar adlanır:
A) Əvəzedici;
B) Oxşar;
C) Fərqli;
D) Tamamlayıcı.
Sual 5. Aşağıdakılardan hansı müştərinin məhsul və ya istehsalçıya sadiq qalmasına səbəb olan
amillərdən
biri deyil:
A) Məhsulun mövqeyinin fərqləndirilməsi;
B) Yüksək səviyyəli müştəri məmnuniyyətini təmin etmək;
C) Rəqabətlə üzləşmək;
D) Müştərilərlə güclü iqtisadi və şəxsi əlaqələr qurmaq.
Sual 6. Aşağıdakılardan biri marketinq strategiyasının elementi deyil:
A) Məhsul;
B) Qiymət;
C) Yer;
D) İstehlak.