Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Nümunə üçün verilmiş balın orqanik balın tələblərinə uyğunluğunun yoxlanılması
|
- Müvafiq prosedurlar və təlimatlara əsasən balın orqanik olmasını aydınlaşdırın.
|
- Təkrar istifadə məqsədi ilə material və avadanlıqların təmizlənməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Alət və avadanlıqları yumaq üçün su qaynadın.
- Təmizləmək üçün istifadə edilən alətləri (arıçı bıçağı, iskənə, biz, ərsin) hazır
vəziyyətə gətirin.
- Məhsulun toplanmasında istifadə edilən alət və avadanlıqlar, pətək çərçivələri və
qabları müvafiq gigiyenik qaydalara uyğun təmizləyin.
- Təmizlədikdən sonra qurudaraq təmiz yerə qoyun.
|
- Arı məhsulu haqqında məlumatların verilməsi
|
- Müxtəlif arı məhsullarını piştaxtaya düzün.
- Sinif yoldaşlarınız və ya müəlliminizdən alıcı qismində piştaxtanıza yaxınlaşmasını
xahiş edin.
- Satışı həyata keçirmək üçün qarşınızdakı arı məhsullarının hər birinin özünəməxsus
xüsusiyyətləri və faydaları haqqında ətraflı məlumat verərək müştəriyə məhsulunuzu
almağa inandırmağa çalışın.
|
- Əvəzedici və tamamlayıcı məhsulların müəyyənləşdirilməsi
|
- Piştaxtanızdakı arı məhsullarını əvəzedici və tamamlayıcı olması baxımından
qruplaşdırın.
- Alıcı-satıcı münasibətlərində hər iki qrup məhsulların birlikdə istifadəsinin
faydalarını müştərilərə (sinif yoldaşlarınıza və ya müəllimlərinizə) izah edərək onları
məhsulları almağa təhrik edin.
|