Bu, arıçıya pulu qənaət etmək və israfa yol verməməyə imkan verir. Lakin burada bir məqamı da qeyd etmək lazımdır ki, təkrar istifadə edilən material və avadanlıqlar diqqətlə təmizlənməli və onlara qayğı göstərilməlidir (Şəkil 7.3). Satış vaxtı alıcıya məhsulun qabını “yenidən doldurmaq” üçün geri qaytarmağı xahiş etmək arıçıya təkcə pula qənaət etməyə imkan vermir, həm də istehlakçının məhsul almaq üçün yenidən geri qayıdacağı və həmin arıçıdan məhsul alacağı mənasına gəlir ki, bu da satışın dayanıqlı olmasına təminat verir.
Arıçılıq işi və istehsalının təşkilində əsas xüsusiyyətlər mövsümlük, hava şəraitindən asılılıq, açıq havada emaletmə, resursların bərpa olunma qabiliyyəti və sairədir. Bunlar arı məhsulu istehsalında yüksək risklər yaradır.
İqtisadi baxımdan arı təsərrüfatı kiçik bir müəssisə hesab edilə bilər. Yəni ki, hər bir təsərrüfat iqtisadi fayda və məqsədlərə çatmaq üçün fəaliyyət növüdür. Məsələn, hazır məhsulu cari qiymətlərlə satmaq dayanıqlı deyilsə, onda arıçı məhsulunu satmaq üçün alternativ imkanlar axtarmalıdır, məhsulun qiymətinin bir müddətdən sonra daha sərfəli olacağına ümid etməklə saxlaya bilər. Məhsulun maya dəyəri ilə satış qiyməti arasındakı fərq, adətən kiçik olduğundan qiymətin bir neçə faiz aşağı düşməsi də bəzən arıçının təsərrüfatının müflis olması ilə nəticələnə bilər. Arıçının qiymətlər üzərində əhəmiyyətli təsiri yoxdur. Çünki o, satıcıdır və bazarda onun kimi digər satıcılar da olduğu üçün qiymətlər bazarda formalaşır və o, həmin qiymətlərlə razılaşmağa məcburdur. Ona görə də mövcud şərtlər daxilində bazarda qalmaq üçün yeni marketinq yanaşması tətbiq edilməlidir. İstehsal olunan məhsulları uğurla satmaq kimi aşağıdakı fəaliyyətləri yerinə yetirmək istisna edilməməlidir:
Marketinq strategiyasında başlanğıc nöqtə bazarda imkanların axtarışıdır. Yalnız marketinq strategiyalarının formalaşdırılması ilə arıçı öz məqsədlərinə çata bilər. Marketinq strategiyası aşağıdakıları əhatə edir: