Eyni məqsədlə istifadə olunan məhsulların seçimində qiymət faktoru daha çox rol oynayacaq. İşlənmiş bal və şəkər tozunu misal gətirə bilərik. Əgər işlənmiş balın qiyməti qalxarsa, o zaman alıcılar buna olan tələblərini qiymətdə daha sərfəli olan şəkər tozu ilə qarşılayacaqlar. Bu da əvəzedici məhsulların bal məhsullarının qiymət və istehsal miqdarlarında olan təsirindən irəli gəlir.
Propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələrin toplanıb emal edilməsi ilə alınır. Propolis çox nadir hallarda öz təmiz formasında tapılır.
Adətən bal pətəklərindən alınır və bal məhsullarını özündə ehtiva edir.
Propolisin tibdə istifadə tarixi uzundur və e.ə 350-ci illər, Aristotelin vaxtına qədər rast gəlinib. Yunanlar onu abses, assuriyalılar yara və şişləri sağaltmaq üçün və misirlilər isə ondan mumiyalama prosesində istifadə etmişlər. Propolisin hələ də tibdə istifadəsi genişdir.
Daha geniş desək, propolisdən bakteriya (tüberkloz daxil olmaqla), virus (qrip, H1N1 “donuz” qripi və s. daxil olmaqla), göbələk və təkhüceyrəli orqanizmlər olan protozonlar tərəfindən yaranan infeksiya və xərçəng yaraları üçün istifadə olunur. Propolisdən, həmçinin burun və boğaz xərçəngi, immun sistemini gücləndirmək və mədə-bağırsaq problemlərini aradan qaldırmaq üçün və iltihaba qarşı da istifadə olunur.
Daha geniş desək, propolisdən bakteriya (tüberkloz daxil olmaqla), virus (qrip, H1N1 “donuz” qripi və s. daxil olmaqla), göbələk və təkhüceyrəli orqanizmlər olan protozonlar tərəfindən yaranan infeksiya və xərçəng yaraları üçün istifadə olunur. Propolisdən, həmçinin burun və boğaz xərçəngi, immun sistemini gücləndirmək və mədə-bağırsaq problemlərini aradan qaldırmaq üçün və iltihaba qarşı da istifadə olunur.
Sənayedə propolisin inqrediyent kimi istifadəsi daha çox kosmetikada geniş yayılmışdır.
Arı südü arıçılıq məhsulu olub körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələr və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur. Arı südü, eləcə də müxtəlif insan xəstəliklərinə qarşı istifadə olunan bal məhsuludur.
Araşdırmalara görə arı südü daha çox yaşlı insanlarda yaşla əlaqədar olaraq rast gəlinən Alzheymer xəstəliyi üçün faydalı dərmandır. Belə ki arı südü yaşlı insanlarda fiziki və əqli funksiyaları stimullaşdırır və iştahanı yaxşılaşdırır. Digər oxşar araşdırmada da arı südünün insanların ruhi sağlamlığına təsiri də yoxlanılmış və nəticə kifayət qədər müsbət olmuşdur.
Bununla yanaşı, arı südündən yaraların sağalmasının tezləşdirilməsində də istifadə olunur və bu istiqamətdə effektiv üsullardan sayılır. Müxtəlif araşdırmalar zamanı onun tibbi cəhətdən kifayət qədər faydaları aşkar olunur ki, dəri xəstəlikləri, mikrobların yaratdığı infeksiyalara qarşı arı südünün effektivliyi də bunlara aid edilir. Arı südündən kosmetologiyada da geniş istifadə olunur (Şəkil 6.4).