müxtəlif kənd və qəsəbələrin də bal məhsulları üzrə seçimləri fərqli ola bilər. Bal istehsal edən ölkənin istehlakçısı ilə bal istehsal etməyən ölkənin istehlakçısının da yerindən asılı olaraq bal məhsullarında seçimləri fərqlənə bilir. Bal məhsullarının tələbatı və qiymətləri də bu faktora görə dəyişir.
Bal məhsullarına istehlakçıların tələbi onların gəlirlərindən də kifayət qədər asılıdır. Onların bal məhsulları almaq üçün nə qədər xərcləyə biləcəkləri və xərcləmək istədikləri də bal məhsullarına olan tələbi müəyyənləşdirir. Məsələn, gəliri daha çox olan istehlakçı daha çox bal məhsulu ala bilər, lakin o eyni zamanda daha lüks məhsullara da üstünlük verir. Məsələn, istehlakçı yerli bal məhsulu da ala bilər, lakin gəliri çox olduğu üçün o, digər ölkələrdən gətirilmiş lüks bal məhsulları da almaq istəyir. Bu səbəbdəndir ki, istehlakçıların gəlirlərinin bal məhsullarının istehsal miqdarı və qiymətlərində xüsusi təsiri vardır
Əhalinin çox və ya az olmasının da istehlakçı tələblərinə təsiri vardır. Əhali sıxlığı çox olan yerdə bal məhsullarına tələb daha çoxdur. Məsələn, əhalisi çoxdur, bu da həmən yerlərdə məhsulun miqdarı və qiymətini dəyişə bilir.
Yaş faktorunun da alıcıların tələblərinə təsiri kifayət qədərdir. Məsələn, azyaşlı (12 aydan aşağı) uşaqlar üçün bal məhsulları qəbul etmək uyğun deyil. Lakin yaşlı insanlar üçün propolis effektiv “dərman”-dır və həzm oluna biləndir. Bu da bal məhsullarının miqdarı və qiymətinin yaş qruplarının tələbindən asılı olaraq dəyişdiyini göstərir.
Bal məhsullarının qiyməti son nəticədə bu məhsullara olan tələbə təsiri edir. Məsələn, bal məhsullarının qiyməti yüksək olduğu halda, alıcılar daha az bal məhsulları alacaqlar. Əksinə, əgər xüsusi bir bal məhsulu, arı şanının qiyməti aşağı düşərsə, o zaman arı şanına olan tələb də yüksələcək və istehsal olunan bal məhsulları da artacaq.
Bal məhsullarının gələcəkdə ala biləcəkləri qiymətlərə görə də onlara olan tələbat dəyişə bilir. Məsələn, gələcəkdə bu məhsullar üçün yüksək qiymət gözlənilirsə, o zaman hazırda onlara olan tələbat artacaq və istehlakçılar daha çox bal məhsulları alacaqlar. Məsələn, balın bəhrəsinin yaxşı olduğu illərdə bal məhsullarının qiyməti ucuz olsa da, bəhrənin yaxşı olmadığı növbəti dövrlərdə məhsulların qiyməti daha da arta bilər (Şəkil 6.3).