“Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildiyi dövrdən (2009-cu il) Azərbaycanda bal və bal məhsulları istehsalı xeyli artmışdır. İstehsalda artımın onun faydalarından da irəli gəldiyini demək olar. Belə ki, xüsusi bal məhsullarının özünəməxsus faydalı tərəfləri vardır. Bunlardan daha çox yayılmış olanları propolis, arı südü, bal mumu, çiçək tozudur. Əhali, alıcıların bu məhsulların faydalarından məlumatlı olmaları istiqamətində onların marketinqinin xüsusi əhəmiyyəti vardır. Bal məhsullarının marketinqində son istehlakçının tələbi bəzi faktorlardan asılıdır (Şəkil 6.1).
İstehlakçıların fərqli dadda tələbləri dəyişə bilər. Bir istehlakçı arı südünü xoşladığı halda, digəri bal mumuna üstünlük verə bilər. İstehlakçıların dada görə seçimləri müxtəlif dövrlər ərzində də dəyişə bilər. Belə ki, hər hansı bir istehlakçı cari ildə çiçək tozu məhsuluna üstünlük versə də, əvvəlki illərdə daha çox propolis məhsulunu istehlak etməsi də gözləniləndir. Buna görə də dad faktorunda olan bu dəyişikliklər xüsusi məhsullarda olan tələb və qiymətlərə də təsir göstərir.
Son istehlakçıların məhsul seçimində onların hansı fəsildə olmağı və əlamətdar günlərin də rolu var. Məsələn, Bayram mövsümü ərzində istehlakçılar müxtəlif tort (Şəkil 6.2) və şirniyyat məhsulları hazırlamaq üçün işlənmiş bal məhsullarına üstünlük verə bilərlər. Lakin isti yay aylarında isə istehlakçıların bal məhsullarına tələbatı azalır. Bu da bal məhsullarının istehsalı və qiymətlərində müəyyən dövrlər ərzində artım azalmalarına səbəb olur.
Müxtəlif yerlərdə yaşayan istehlakçıların məhsullara tələbi də müxtəlif olur. Məsələn, şəhər yerlərində yaşayan əhali arı şanından çox işlənmiş bal məhsullarına üstünlük verdiyi halda, kənd yerlərində yaşayan əhali üçün bu seçim əksinə olaraq dəyişir. Eləcə də eyni inzibati ərazidə olan