|
Sərbəst iş üçün tapşırıqlar
|
1. Ətraf sahələrdə arıçılıqla məşğul olan və bu sahədə təcrübəyə malik şəxslərdən tozlanma prosesi barədə maraqlanın.
2. Onlardan eyni zamanda arılar tərəfindən tozlanmanın faydalarını da soruşun.
3. Tozlandırma xidmətlərinə ətraf ərazilərdə ehtiyacın olub-olmamasını araşdırın.
4. Bu xidmətlərin marketinqinin analizi barədə uyğun şəxslərlə fikir mübadiləsi aparın.
5. Etibarlı mənbələrdən istifadə edərək ölkə səviyyəsində bu xidmətin fəaliyyətini araşdırın.
|
Praktiki tapşırıqlar və fəaliyyətlər
|
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Bitkinin tozlanma prosesinin müəyyənləşdirilməsi
|
- Kənd təsərrüfatında tozlandırma xidmətinin təsir mexanizmi haqqında məlumatlar əldə
edin.
- Tozlandırmanın insanlara birbaşa və dolayı faydalarını öyrənin.
- Tozlandırma xidmətlərinin ekoloji və iqtisadi dəyərlərini müəyyənləşdirin.
- Bu xidmətlərin bazar qiymətləndirilməsi zamanı hansı dəyərlərin nəzərə alındığına diqqət
edin.
- Marketinq araşdırması aparılarkən bu xidmətlərdə hansı vacib halların nəzərə alınmasını
müəyyənləşdirin. Gördüyünüz işlərin dəftərdə ayrı-ayrılıqda qeydiyyatını aparın.
- Nəticələrin düzgünlüyünü yoxlayın, yanlış təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və
doğru təsvir edin.
|