Bu yolla nəzərdən keçirilən sahələrdə tozlandırma xidmətlərinin onların məhsul buraxılışında nə dərəcədə vacib rola malik olduğunu da müəyyənləşdirmək olar.
Təklif olunan tozlandırma xidmətlərinin qiymət və miqdarı göstərilən faktorlardan əlavə, yer faktorundan da asılıdır. Tozlandırmaya ehtiyac olan yerlərdə tozlanmanın icarəyə götürülən arı qrupları tərəfindən deyil, təbii olaraq vəhşi arı qrupları tərəfindən yerinə yetirilirsə, bu heç də göstərilən xidmətlərin qiymət və miqdarına müsbət təsir etmir. Bununla bu nəticəyə gəlmək olar ki, hətta tozlanmaya yüksək tələb olunan yerlərdə belə, bu proses təbii olaraq baş verdiyindən tozlandırma xidmətlərinə tələb az ola bilər.
İkinci hal kimi Varroa (arılar üçün təhlükəli parazit) parazitinin yayılmasının təbii olaraq tozlanma yerinə yetirən arıların sayının azalmasına gətirib çıxarmasıdır (Şəkil 5.4). Bu da sonda tozlandırma xidmətlərinə olan tələbin artmasına gətirib çıxarır. Bu eyni zamanda təklif olunan tozlandırma xidmətlərinin də xərcləri və öz növbəsində bazar qiymətlərində artıma səbəb olur.
Lakin araşdırmalar göstərir ki, bu, qısa zamanda deyil, müəyyən dövr ərzində tədricən baş verir. Çünki bu parazitin təsirinə uğramış arılar müəyyən dövrdən sonra fəaliyyətlərini dayandırır. Təbii tozlandıran arıların sayı azaldıqca fermerlərin məhsul buraxılışı, eləcə də gəlirləri azalır və bu zaman ərzində tozlandırma xidmətlərinə tələb tədricən artmağa başlayır.
Bu halda fermerlərin zərərinin dərəcəsi əsas iki faktordan asılıdır. Onlardan biri bitkilərin təbii tozlandırmadan nə qədər asılı olması, digəri isə hər bir bitki üçün təbii tozlandırmanın tozlandırma xidməti ilə əvəz olunması üçün zaman kəsiyidir. Bitkilər təbii tozlanmadan nə qədər çox asılıdırsa, zərər də bir o qədər çox olur və prosesi tozlandırma xidməti ilə əvəz etmək də daha çox vaxt tələb edir.
Üçüncü hal isə sənayenin bu sahəsinin nə qədər sürətli reaksiyaya malik olmasıdır. Bu hal tozlandırma xidmətlərinin təchizatı və kənd təsərrüfatı sənaye sahələrinin buna uyğunlaşmalarının sürətləndirilməsi zamanı həyata keçirilən fəaliyyətlərə əsaslanır. Belə ki, tozlandırma xidmətlərinə sürətli uyğunlaşma bazar qiymətinin də uzun müddət ərzində sabit qiymət alması və qiymətdə olan qeyri-müəyyənliyin aradan qalxmasına əsas olur.
Təklif oluna biləcək tozlandırma xidmətinin sürətli bərpa olunması əvvəlki hallarda olan ləngiməni daha tez aradan qaldırır və qiymətin kəskin dəyişməsinə səbəb olmur.
Eləcə də yuxarıdakı hallarda qeyd edildiyi kimi təbii tozlanmanın azaldığı müddətdə məhsuldarlığın sabit tempdə artması və tozlandırma xidmətlərinə tələbin qısa müddətdə sabitləşməsi üçün bu xidmətlərə keçid sürətli olmalıdır.