Tozlandırma xidməti ekosistemin həm ekoloji, həm də kənd təsərrüfatı sahələrində xüsusi dəyərə malik xidmətlərindəndir. Ekoloji dəyərlər ekosistem tərəfindən tənzimlənən funksiyaları - məsələn, bitkilərdə təkrar istehsalın müvəffəqiyyətli olmasına dəstək - özündə əks etdirir.
Bitkilər insanlara birbaşa və ya dolayı yollar ilə fayda gətirən bir çox həyat formalarını dəstəkləyir.
Buna baxmayaraq, tozlama xidmətinin ekoloji rolunun düzgün qiymətləndirilməsi yolunda həm regional, həm də qlobal olaraq çox az işlər görülmüşdür.
Kənd təsərrüfatı sahəsində tozlama xidməti məhsul istehsalı zamanı gübrə, əmək və digər mərhələlərlə müqayisədə kifayət qədər vacib mərhələdir (Şəkil 5.3).
Baxmayaraq ki, tozlandırma xidmətləri həm bazardan alınıb tənzimlənə bilər, həm də yabanı şəkildə arılar tərəfindən verilə bilər, bu xidmətin qiymətləndirilməsi yalnız bazarda mövcud olan tozlandırma xidmətləri üzərindən aparılır.
İcarəyə götürülən arılar vəhşi arılarla müqayisədə bəzən bitkiləri optimal tozlandırma ilə təmin edə bilmir. Digər tərəfdən, vəhşi arı qrupları icarəyə götürülən arı qruplarından böyük olduğu halda da, bu arı qrupları icarəyə götürülmüş arılara nisbətən bitkilərə daha çox fayda verə bilər .
Arıları icarəyə götürən fermerlər yalnız təyin olunmuş tozlandırma xidmətinə uyğun ödəniş edir.
Eyni zamanda tozlandırmanın bitkilərdə dolayı təsirləri də vardır. Bunlara bitkilərin genetik inkişafı, məhsuldarlığının artması və s. də aiddir. Buna görə də tozlandırma xidmətinin bazar qiyməti onun bütünlükdə iqtisadi dəyərinin bir hissəsidir.
Tozlandırma xidmətləri bazarı mürəkkəbdir və müxtəlif regionlar, fəsillərdə bu xidməti təklif edənlərin xərcləri dəyişkən olduğu üçün bu xidmətlər üçün sabit bir qiymət yoxdur.
Buna baxmayaraq, sadə bir marketinq analizi bazarın gözlənilən şoklar, xidmətin yaxşılaşdırılmasının xidmətin xərcləri və digər təsirləri görməyə kifayət qədər faydalıdır. Dünya təcrübəsində bu tip analizlər, əsasən bir neçə hallar üzərində aparılır.
Birinci hal tozlandırma xidmətlərinə olan tələbin bu xidmətlərdən asılı olan sahələrinin artımına uyğunlaşmasıdır. Bu da birbaşa bu sahələrin tədarük dərəcələri ilə əlaqəlidir. Tədarük dərəcələrinin proqnozlaşdırılması tozlandırma xidmətlərinə olan tələbin də müəyyənləşdirilməsi üçün vacib faktordur. Bunu tozlandırma xidmətləri tələb olunan sahələrin baza ili seçilərək digər illərdə olan məhsul artımı hesablanmaqla yerinə yetirmək olar.