|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 4
Sual 1. Orqanik bal nədir?
A) Ağacda hazırlanan bal;
B) Dağda hazırlanan bal;
C) Yaşayış sahəsindən kənarda hazırlanan bal;
D) İntensiv əkinçilik, sintetik qida və arılar üçün zərərli kimyəvi maddələr olmayan ərazidə hazırlanan
bal.
Sual 2. Ənənəvi bal istehsalından orqanik bal hazırlanmasına keçid dövrü nə qədər müddət təşkil edir?
A) 1 ay;
B) 6 ay;
C) 12 ay;
D) 24 ay.
Sual 3. Bal arıları yem toplamaq üçün maksimum hansı radiusa qədər hərəkət edir?
A) 500 metr;
B) 1 kilometr;
C) 2 kilometr;
D) 3 kilometr.
Sual 4. Aşağıdakı hansı hal baş verdikdə bal orqanik hesab edilmir?
E) Təsərrüfat orqanik ərazidə yerləşdirildikdə;
F) Arı xəstəliklərinə qarşı antibiotikdən istifadə olunduqda;
G) Yaxınlıqda sənaye sahəsi olmadıqda;
H) Heç biri.
Sual 5. Arı şanı bu materiallardan hazırlana bilər:
E) Təbii taxta;
F) Emal olunmuş taxta;
G) Qurğuşun;
H) Sink.
Sual 6. Balda qeyri-orqanik qalıqlar aşağıdakı səbəblərdən yarana bilməz:
A) Ətraf mühitdən;
B) Pestisidlərdən;
C) Çiçək tozundan;
D) Bakteriyalardan.