• Heyvanların təbii sağlamlığının qorunması;
• Təklif zəncirində orqanik bütövlüyün saxlanılması.
4.19. Orqanik sertifikatlaşdırma prosesi
Orqanik sertifikatlaşdırma prosesi aşağıdakı mərhələlərdən keçir:
- Qeydiyyat və müraciət etmə - orqanik sertifikatı almaq üçün fermer, ilk növbədə həmin sertifikatı
təqdim edən qurumda qeydiyyatdan keçməli və sertifikat almaq üçün müvafiq müraciət formasını
doldurmalıdır;
- Müraciətin nəzərdən keçirilməsi - məlumatlar müvafiq standarta uyğun olaraq yoxlanılır,
çatışmazlıqlar nəzərə çarparsa, bunların aradan qaldırılması üçün ərizəçiyə məlumat verilir.
Məlumatların tamlığı yoxlandıqdan sonra arı təsərrüfatının yerində yoxlanılması üçün vaxt təyin
olunur;
- Yoxlama - qarşılıqlı olaraq təyin olunmuş vaxtda orqanik inspektor arı təsərrüfatını yerində
yoxlayır, əməliyyatların hər bir proses və sənədləşməni incələyir, yoxlama nəticələrinə dair hesabat
hazırlayır;
- Yoxlamadan sonra müraciətin təkrar nəzərdən keçirilməsi - yoxlama nəticələrinə dair hesabata baxılır
və təsərrüfatın orqanik olub-olmaması təkrar yoxlanılır;
- Orqanik sertifikatlaşdırmaya dair qərarın verilməsi - balın istehsal prosesi orqanik standarta cavab
verdikdə məhsula orqanik sertifikat verilir. Sertifikatda müəssisənin adı, ünvanı, sertifikatın
kateqoriyası və orqanik məhsulun növləri göstərilir.
4.20. Orqanik sertifikatlaşdırmanın faydaları
- Orqanik sertifikatlaşdırma arı təsərrüfatının orqanik tənzimləmə qaydalarına uyğun olduğunu təsdiq
edir;
- Sertifikatlaşdırma istehsalçının öz məhsulunu orqanik nişanı ilə təmsil etməsi, etiketləməsi və
satmasına imkan verir;
- Orqanik loqosunu məhsulun üzərinə yapışdırmaqla müştərilərə (pərakən-dəçilər, ticarətçilər və
idxalçılara və s.) məhsulun orqanik standartlara uyğun olduğunu nümayiş etdirir;
- Yerli, regional və beynəlxalq bazarlara çıxış əldə etməyə imkan verir;
- Ətraf mühitin zərərli məhsul və proseslərdən qorunması və heyvanların sağlamlığının təmin edilməsinə
imkan verir;
- Öz məhsullarını daha yüksək qiymətə satmaqla daha çox gəlir əldə etməyə imkan verir;
- Orqanik balın marketinqinin asan olması. Belə ki orqanik bal sağlamlığa daha çox xeyirli olduğu üçün
bu məhsulların satışı da daha asandır;
- Yerli iqtisadiyyatın dəstəklənməsi;
- Əlavə maliyyə vasitələri və texniki yardım proqramlarına çıxış.