4.16. Orqanik standartların nümunələri
Orqanik standartlara nümunələr:
• Şərqi Afrika Orqanik Standartları - Şərqi Afrika;
• (EC) No 834/2007;
• Milli Orqanik Proqramı - ABŞ;
• Yaponiya Kənd Təsərrüfatı Standartları - Yaponiya;
• Naturland - Almaniya;
• KRAV - İsveç;
• Torpaq Assosiasiyası - Birləşmiş Krallıq.
4.17. Orqanik nişanlar
İstehlakçılar üçün keyfiyyət göstəricisi olan orqanik markalar (Şəkil 4.9):
• Orqanik nişan bal orqanik istehsal standartlarına uyğun olduqda verilir;
• Orqanik nişan balın mənşəyi, həmçinin məhsulun təbiiliyini göstərir;
Ancaq sertifikatlaşdırılmış məhsullar orqanik nişanı ilə etiketlənə
bilər.
Şəkil 4.9. Ölkələr üzrə orqanik məhsul nişanları
4.18. Orqanik standartların məqsədi
- Uzunmüddətli olması və ekoloji sistemin orqanik yetişdirməyə əsaslanaraq istifadə olunması;
- Uzunmüddətli olaraq torpağın bioloji məhsuldarlığının saxlanılması;
- İstehsal zəncirinin bütün mərhələlərində sintetik xammaldan istifadə olunmaması və ya minimal
istifadə olunması;
- İstehsal və emal müəssisələrinin çirklənməsi və deqradasiyasının minimallaşdırılması;
- Müəyyən ekspertiza ilə təsdiq olunmamış, qeyri-təbii və zərərli texnologiyaların sistemdən uzaq
saxlanması;
- Ətraf mühitin çirklənməməsi;
- Heyvanlarla məsuliyyətlə rəftar edilməsi;