Arı ailəsinin yerləşdiyi ərazi arılar üçün kifayət qədər yem bazası və suya malik olmalıdı
Orqanik olması üçün arı ailəsinin bütün il ərzində eyni yerdə saxlanması tövsiyə olunur. Əgər bütün il ərzində yem olmasa və bütün yemlər eyni ərazidə olmasa və bu səbəbdən ərazini dəyişmək zərurəti yaranarsa, bunun üçün uyğun vaxt seçilməli və yem çatışmazlığı və s. səbəbindən arıların zəifləməməsi üçün lazımi tədbirlər görülməlidir.
Hər bir ərazidə mövcud olan tozcuq və nektara uyğun olaraq arı ailələri yerləşdirilməlidir. Əgər arı ailəsinin yeri dəyişdirilərsə, həmin yer miqrasiya planında (xəritədə) tarix, yer (ərazinin adı və ya xəritədə yeri), otlaq və ailələrin sayı da daxil olunmaqla qeyd olunmalıdır.
Bağlayıcı bölmələr, kiçik elementlər, dam örtükləri, döşəmə örtüyü, yemləmə ləvazimatları və damın izolyasiyası istisna olunmaqla arı pətəyi taxta, saman və gil kimi təbii materiallardan hazırlanmalıdır.
Arı pətəyinin xarici hissəsində baxım işlərinin aparılmasına sintetik olmayan, yalnız təbii materiallardan istifadə edildikdə yol verilir. Pestisid olmayan təbii maddələr (misal üçün, kətan toxumu yağı və ya taxta yağı), həmçinin tərkibində zərərli maddələr olmayan yapışqanlardan arı pətəklərinin xarici hissəsində istifadə edilməsinə icazə verilir. Arı mumu, propolis və bitki yağı istisna olunmaqla arı pətəyinin daxili hissəsində dəyişiklik edilməsinə yol verilmir.
Artıq mövcud olan və zərərsiz maddələrlə rənglənmiş arı pətəyi müvafiq qurumların icazəsindən sonra yenidən istifadə edilə bilər.
Təmizləmə və dezinfeksiya isitmə (alov, isti su) və ya mexaniki olaraq həyata keçirilə bilər. Kəskin infeksiya olduqda arı pətəyinin NaOH vasitələrlə dezinfeksiya olunması və təmizlənməsinə icazə verilir. Lakin bunun üçün həmin maddələr daha sonra orqanik turşularla neytrallaşdırılmalıdır. Digər kimyəvi maddələrin istifadəsinə icazə verilmir.
Orqanik arıçılıqda mumun arıların özləri vasitəsilə davamlı yenilənməsi əsas hədəfdir. Arı ailəsində təbii yolla müxtəlif ölçüdə arı şanlarının hazırlanmasına imkan verilməlidir. Septumlar, başlanğıc zolaqları və digər mum məhsulları müvafiq qurumlar tərəfindən təsdiq edilmiş yalnız arıçılıq vasitəsilə yaranan mumdan hazırlana bilər. Plastik septumlar qadağandır.
Çevrilmə dövrünün sonunda bal mumu orqanik arıçılıq standartına uyğun hazırlanmalı və ya ekvivalent keyfiyyətdə olmalıdır. Bu arı şanı arı ailələrinin özləri tərəfindən hazırlandıqda şan zərərsiz bal mumu ilə əvəz olunduqda və ya bal mumunun arıların özləri tərəfindən yenilənməsi baş verdikdə mümkündür.
Çevrilmə prosesinin sonunda bal mumunda qalıqların olmaması müayinələr vasitəsilə sübut olunmalıdır. Çevrilmiş çərçivə və arı şanı müvafiq olaraq işarələnməlidir.