Orqanik məhsulların yetişdirilməsi son dövrlər dünyada sürətlə artmaqdadır. Bu isə yeni iş yerlərinin yaranması və iqtisadi artıma müsbət təsir edir. Orqanik məhsulların artırılması istehlakçılar tərəfindən bu məhsullara olan tələbin gündən-günə artması ilə əlaqədardır.
Orqanik arıçılıq intensiv əkinçilik, sintetik qidalar və arılar üçün zərərli kimyəvi maddələr olmayan təmiz ərazidə fəaliyyət göstərən arıçılıq təsərrüfatıdır (Şəkil 4.1 və Şəkil 4.2).
Balın orqanik olması üçün istehsalçılar orqanik standartlar və müəyyən şərtlərə əməl edilməlidir. Bunlar aşağıdakılardır:
Balın orqanik sertifikat alması üçün aşağıdakı tələblərə əməl olunmalıdır. Qeyd edək ki, arı təsərrüfatının aşağıdakı tələblərə uyğun olması orqanik sertifikatı verən qurum tərəfindən yerində yoxlanılır.
Əkilməmiş və ya orqanik olaraq əkilmiş sahə arı ailəsinin yerləşdirilməsi üçün seçilməlidir. Yer elə seçilməlidir ki, 3 kilometr radiusda arı məhsulları əkin və ya qeyri-əkin sahələrindən çirklənməsin. Əgər bu radiusda qeyri-orqanik fermalar, sənaye əraziləri, yaşayış əraziləri varsa, həmçinin suda kimyəvi maddələr olarsa, pestisid, herbisid, kimyəvi tullantı, genetikası dəyişdirilmiş bitkilər olarsa, bu halda həmin ərazidə yerləşdirilən arılardan alınan bal orqanik bal hesab edilə bilməz (Şəkil 4.3).