|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 3
Sual 1. Qədim zamanlarda arı südü hansı ölkədə şprislərdə satılırdı?
A) Azərbaycanda;
B) Misirdə;
C) İtaliyada;
D) Yunanıstanda.
Sual 2. Azərbaycanda “Arıçılıq haqqında” qanun neçənci ildə qüvvəyə minmişdir?
A) 1991-ci ildə;
B) 1995-ci ildə;
C) 2009-cu ildə;
D) Elə bir qanun mövcud deyil.
Sual 3. Arı məhsullarının qabı üzərində aşağıdakılardan hansı qeyd olunmalıdır?
A) İstehlakçı haqqında məlumat;
B) İstehsalçı haqqında məlumat;
C) Pətəkdə olan arıların sayı haqqında məlumat;
D) Pətəklərin forması haqqında məlumat.
Sual 4. Çiçək tozu .................... qablara yerləşdirilə bilər:
A) Həm plastik, həm də şüşə;
B) Yalnız plastik;
C) Yalnız şüşə;
D) Nə plastik, nə də şüşə.
Sual 5. Arı məhsulunun qabının üzərindəki etiketdə çəkini qeyd edərkən:
A) Məhsulun xalis çəkisi ilə qabın çəkisinin cəmi qeyd olunmalıdır;
B) Yalnız qabın çəkisi qeyd olunmalıdır;
C) Yalnız məhsulun xalis çəkisi qeyd olunmalıdır;
D) Yuxarıdakı cavablardan heç biri.