Vərəmum bir çox infeksiyalar və xəstəliklərlə mübarizədə istifadə olunduğu üçün tibbi əhəmiyyəti böyükdür. Digər arı məhsullarında olduğu kimi vərəmumun da uğurlu satışının təmin edilməsi üçün qablaşdırmanın necə aparılması böyük rol oynayır. Vərəmum həm plastik, həm də şüşə qablara yerləşdirilə bilər (Şəkil 3.10).
Qəbul edilmiş standartlara uyğun olaraq qabın üzərində istehsalçı haqqında məlumatlar, arıların hansı çiçəklərdən nektar və şirə topladığı, istehsal tarixi, saxlama müddəti və xalis çəkisi haqqında dəqiq məlumatlar qeyd olunmalıdır.