Təmiz bankaları doldurarkən balın bankanın divarlarından aşağı axmasını təmin etmək lazımdır ki, hava qovuqları azalsın. Hər bir doldurulmuş bankanın ağırlığı çəkilməlidir ki, qabın üstündəki etiketdə göstərilən balın miqdarı (ümumi çəkidən boş bankanın çəkisi çıxılmaqla) düzgün olsun. Etiketləmədən sonra barmaq izləri və yapışqan izlərini yumaq lazımdır. Qablaşdırılmış bal təmiz, qovuqsuz və ya zərrəciklərsiz olmalıdır. Balın qablaşdırılmasında istifadə olunan portativ avadanlıqlar (Şəkil 3.7).
Satış üçün nəzərdə tutulan məhsulun qabı aydın və səlis anlaşılan etiket tələb edir. Hətta nə qədər kiçik olmasından asılı olmayaraq balın etiketini bankanın üzərində yapışdırılmış kiçik bir kağız parçasından daha dəyərli olmasını başa düşməliyik. Bal satışı etiketlərə görə uğurla satıla və ya uğursuzluğa düçar ola bilər. Etiket əsas marketinq və kommunikasiya alətlərindən biridir:
Etiketin üstündə ən vacib yazılmalı söz “Bal” sözüdür. Müştəri məmnuniyyətini təmin etmək məqsədilə balın hansı çiçəklərin nektarından toplanması etiketin üzərində aydın şəkildə göstərilməlidir. Etiketin üzərində (qabın çəkisi çıxılmaqla) balın xalis çəkisi də göstərilməlidir. Qabın üzərində, həmçinin istehsalçının adı, ünvanı və əlaqə nömrəsi də qeyd olunmalıdır. Bəzi ölkələrdə qabın üzərinə əlavə etiket yerləşdirilərək xatırladılır ki, 12 aydan kiçik uşaqlara balın verilməsi tibbi baxımdan düzgün deyil.
Arı südünü uzun müddət saxlamaq üçün xüsusi tədbirlərin görülməsi vacibdir. Çünki arı südü işıq, isti və havaya qarşı çox həssasdır. Əgər arı südünü işıqlı otaq temperaturunda 20 dəqiqə saxlasanız, o, görünüşünü tamamilə dəyişərək açıq-sarı rəngdən tamamilə sarı rəngli kütləyə çevriləcək .
İşıqdan qorunmaq məqsədilə arı südünü tünd rəngli butulkaya yığmaq lazımdır. Tünd şüşə qablar olmasa da, arı südünü şəffav şüşə qaba qoyub sonra onların üzərinə folqa (zərvərəq) çəkmək olar. Pətəkdən arı südünü topladıqdan dərhal sonra soyuducuya yerləşdirmək lazımdır. Südü toplayarkən adi birdəfəlik istifadə olunan şprislərdən də istifadə etmək olar. Məhsulun daşınması vaxtı da bu prosedura əməl etmək lazımdır. Havanın təsiri də ziyanlıdır. Ona görə də qablaşdırma zamanı butulkada hava üçün boş yer qalmamalı və istifadəsindən əvvəl qabın qapağı açılmamalıdır.
Bu formada qablaşdırılmış arı südü soyuducuda bir ilə qədər saxlanıla bilər və bu, arı südünü orijinal keyfiyyətdə saxlamaq üçün ən yaxşı yoldur (Şəkil 3.8).