Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. İstehsal xərclərinin hesablanması |
- Hansı arı məhsulunun və nə qədər istehsal ediləcəyini müəyyənləşdirin.
- Müəyyən miqdarda istehsal üçün hansı xərclərin çəkiləcəyini müəyyənləşdirin.
- Aşağıdakı əməliyyatlar və hesablamaları qeyd etmək üçün dəftər, qələm və kalkulyator
götürün.
- Onların cari bazar qiymətlərini təxmin edərək dəftərə qeyd edin.
- Xərcləri sabit və dəyişən xərclərə ayırın.
- Sonra xərcləri toplayıb ümumi maya dəyərini hesablayın.
- Sonda ümumi maya dəyərinin məhsulun miqdarına bölərək bir vahid (qram, kiloqram) məhsul
üçün vahid xərcləri tapın.
|
2. Qablaşdırma xərclərinin hesablanması |
- Arı məhsulunu qablaşdırmaq üçün tələb olunan qabları müəyyənləşdirin və qiymətini
dəftərdə qeyd edin.
|
3. Saxlama xərclərinin hesablanması |
- Müəyyən miqdar arı məhsulunun saxlanması üçün tələb olunan xərclərin miqdarını dəftərdə
qeyd edin.
|
4. Emal xərclərinin hesablanması |
- Məhsulun emal olunması üçün tələb olunan xərclərin həcmini dəftərdə qeyd edin.
|
5. Məhsul üçün qiymətin müəyyənləşdirilməsi |
- Bir vahid və ümumi məhsul istehsalı üçün hesabladığınız rəqəmləri toplayın.
- Alınan rəqəmin üzərinə mənfəəti də əlavə edərək məhsul üçün qiymət müəyyənləşdirin.
|