Lakin elə hallar da ola bilər ki, arıçı bazarda formalaşan qiyməti qəbul etmir və o, özü bazar qiymətinə təsir edə bilər. Bu, o hallarda olur ki, arıçı həmin ərazidə fəaliyyət göstərən digər arıçılardan fərqli, məsələn, orqanik məhsul istehsal edir. Bu həmçinin kiçik bir istehlakçı qrupu üçün nəzərdə tutulmuş məhsul istehsalı zamanı da baş verə bilər. Bu, arıçının məhsulunun keyfiyyəti, qablaşdırılması, brend adına görə fərqləndirilməsi və s. ilə də xarakterizə olunur. Beləliklə, məhsulun qiyməti həm də maya dəyərindən əlavə tələb, təklif, mövsümi amillər, məhsulun keyfiyyəti kimi amillərdən asılı olaraq formalaşır.
Sərbəst iş üçün tapşırıqlar
|