nəzərdə tutulan məhsulun qabının xarici görünüşü cəlbedici olmalıdır. O, qəşəng görünməli və istehlakçını onu almağa həvəsləndirməlidir.
1.3. Saxlama xərcləriAdətən arı məhsulları satılmazdan öncə ehtiyatda saxlanmalıdır. Məhsulun xüsusiyyətindən asılı olaraq anbar məhsulun forması, tərkibini dəyişə bilər. Məsələn, emal olunmuş bal xarlaya bilər ki, bu da istehlakçı üçün qəbulolunmaz ola bilər. Məhsulun növündən asılı olmayaraq saxlama anbarı (Şəkil 1.6) üçün vacib xüsusiyyət o olmalıdır ki, məhsulun orijinal keyfiyyətini saxlasın. Saxlama şəraiti məhsulun saxlanması üçün uyğun olmalıdır. Məsələn, emal edilmiş bal üçün sərin saxlama şəraiti tələb olunur. Anbar oğurluqdan mühafizə olunmalı, təmiz olmalı və məhsula zərər verə biləcək nəmişlik, su, isti, zərərverici parazitlər, kifdən qorunmalıdır. Saxlama anbarı məhsul üçün yüksək qiymət əldə etmək üçün də yaxşı vasitə ola bilər. Belə ki məhsulun toplanması mövsümlərində bol arı məhsulları ola bilər ki, bu da qiymətlərin aşağı olması ilə müşayiət olunur. Lakin arı məhsulları anbarda saxlanıla, qiymətlər yüksək olanda isə satıla bilər. Hərçənd, bu halda da keyfiyyətlə bağlı risklər mövcuddur. Belə ki məhsulun keyfiyyəti aşağı düşərsə, maddi baxımdan itki də qaçınılmaz olar. Saxlama xərclərinin nəzərə alınması da çox vacibdir. Çünki saxlama xərcləri çox yüksək olarsa, hətta satış qiymətlərinin yüksək olması da mənfəətin aşağı olmasının qarşısını ala bilməyəcək. Aydındır ki, məhsulu anbara qoymazdan qabaq gələcək qiymətlər də nəzərə alınmalıdır.
Bəzi arı məhsulları satılmazdan qabaq emal olunmalıdır. Məsələn, propolis və ya duru bal. Və ya bəzi istehlakçılar bal şanını xoşlamadığı üçün bal emal olunaraq şandan təmizlənməlidir. Keyfiyyətin saxlanması naminə emal prosesi diqqətlə aparılmalıdır (Şəkil 1.7). Məsələn, pis bal emalı balın qıcqırmasına səbəb ola bilər.