daha məhsuldar olması və ya bitki çiçəklərinin daha çox tozlanmasına töhfə vermək məqsədilə arılara əlavə qidalar (Şəkil 1.3) verilməsinə ehtiyac olur ki, bunlar da məhsulun maya dəyərinin hesablanması zamanı əhəmiyyətli yer tutur. Fəsillərin dəyişməsi ilə arı ailələrinin bir ərazidən digər əraziyə daşınmasına ehtiyac yaranır ki, bu da maya dəyərinin hesablanmasında əlavə xərc tutur.
Sabit xərclər isə istehsal və ya marketinqdə artım baş verdikdə dəyişməyən xərclərdir. Başqa sözlə, istehsal və marketinqdən asılı olmayaraq sabit xərclər eyni qalır. Məsələn, sabit xərclərə pətək, sadə balsüzən aparat, arıçılıq alətlərini saxlamaq üçün dam və s. daxildir. Bu xərclər nə qədər çox və ya az məhsul istehsalından asılı olmayaraq eyni qalır. yazılı qeydiyyatı aparmaq çox vacibdir. Bu, onlara məhsulu satan vaxt mənfəət əldə edib-etməməsini müəyyənləşdirməyə imkan verəcək. Bunun üçün isə bütün xərclər düzgün hesablanmalıdır. Məsələn, marketinq zamanı oğurluq və ya daşıma zamanı baş verən nasazlıq ucbatından məhsul itkisi baş verə bilər ki, bu itkilər də hesablanmalı və maya dəyərinə əlavə edilməlidir.
Bildirdik ki, xərclər dəyişən və sabit xərclər olmaqla iki böyük kateqoriyaya ayrılır. İndi isə arı məhsulu üçün mənfəət verə biləcək münasib qiymət müəyyənləşdirmək üçün xərcləri aşağıdakı istiqamətlərə bölək:
Arı məhsullarının istehsal dəyəri onların hazırlanmasına çəkilən xərcləri özündə birləşdirir. Arıçılıq təsərrüfatına başlamaq üçün, ilk növbədə hansı növ arı məhsullarının seçilməsi, istehsal olunacaq məhsulun miqdarının müəyyənləşdirilməsi, arıların saxlanılması üçün ərazinin müəyyənləşdirilməsi və istehsal üçün hansı avadanlıq və alətlərə (Şəkil 1.4) ehtiyac olunacağı, marketinq və satış strategiyalarının müəyyənləşdirilməsi və s. vacibdir