Yoluxucu olmayan xəstəliklərin törədiciləri olmadığı üçün onları tez aradan qaldırmağın mümkünlüyünə diqqət edin.
Yazda pətəklərdə balın quruması nəticəsində ananın yumurtalamağı azaltması, arıların pis işləməsinin nasazlıqla nəticələndiyini öyrənin, onun diaqnozunu dəqiqləşdirməyi diqqət mərkəzində saxlayın və profilaktik tədbir görməyi unutmayın.
Mövcud dərsliyinizdəki materiallardan xəstəliklərin kliniki əlamətlərinə diaqnoz qoyulması, profilaktikası və mübarizə yolları və müalicəsini öyrənin.
Müxtəlif növ toksikozların (zəhərlənmələr) səbəbləri, diaqnozu, profilaktika və mübarizə yollarını öyrənin və bütün bunları yoldaşlarınızla fikir mübadiləsi şəklində müzakirə edin.
Soyumuş sürfə xəstəliyinin nə olduğuna diqqət edin, onun kliniki əlamətləri, profilaktika və mübarizə yollarını öyrənin.
Arıların istidən halsızlaşması ilə əlaqədar bilikləri mənimsəyin.