Etiologiya (səbəb) - xəstəlik, adətən isti vaxtda baş verir, uçuş bacası bağlı olan və arıların köçürülməsi (daşınması) vaxtı lazımi ventilyasiya olmayan pətəklərdə arıların təlaşlandığı (həyəcanlanması), həmçinin pətəklərin pestisidlərdən təmizləndiyi vaxt arılar kənarlaşdırdığı, eyni zamanda analar və paketlərin nəql edilməsi və ya sürünün sıx, az havalanan pətəkdə saxlandığı bir vaxt yaranır.
Uçuş bacası qapalı qaldıqda, arılar həddindən artıq həyəcanlanır və yuva içərisində temperatur 38-50°C-dək yüksəlir, bu da onların boğularaq ölümünə səbəb olur. Yüksək temperaturda, arılar bal çinədanında olanları gəyirib qaytarır, qaralır, arıların üzəriləri nəmlənir və yapışqan kimi olur (Şəkil 11.6).
Kliniki əlamətlər - Arılar istidən boğulma nəticəsində pətək daxilində güclü səs-küy yaradır. Sonra səs azalır, uçuş bacasından balın süzülməsini müşahidə edə bilərsiniz. Əlinizi pətəyin tavan və divarlarına qoyduğunuz zaman istilik hiss edəcəksiniz. Yuvaya baxış keçirilərkən çoxlu ölü, balla örtülən qara yaş arılar tapılır (Şəkil 11.7). Şanlar cırılaraq pətəyin döşəməsinə tökülür. Az miqdarda sağ qalmış arıların pətəyin divarlarına doğru hərəkət eləməsini müşahidə etmək olar.
Diaqnoz - yuvanın vəziyyətinə əsasən və arılara baxış keçirilərkən qoyulur.
Profilaktika - arılar köçürülərkən, daşınarkən və ya ailələr təcrid olunarkən arıların halsızlığının qarşısını almaq məqsədi ilə pətəkdə məhdud sayda möhürlənmiş bal saxlanılır, pətəyin içində boş yer yaradılır, pətəyə işığın düşməməsi üçün ventilyasiya yarıqlarını tündləşdirirlər.
Mübarizə yolları - yuva genişləndirilir və onların həyəcanlanmasının qarşısını almaq üçün tədbirlər görürlər. Pətəyin altlığını ölü arı və sınmış şanlardan tez təmizləyir, arıların sərbəst uçuşunu təmin edirlər. Arılar istidən halsızlaşan zaman pətəyin qapağı tez açılmalıdır və içərinin havalanması bərpa edilməlidir. Qeyd etmək lazımdır ki, arı ailələrinin köçürülməsi yalnız gecələr havanın sərin vaxtı həyata keçirilməlidir.