Bal yığımının əmələ gəlməsi ilə tez bir zamanda dayanır.
Mübarizə tədbirləri - arıxanada çıçək tozu toksikoz aşkar edildikdə 3 və ya 5 ədəd zəhərlənmiş ailələrdən xəstə arı nümunələri (hər birindən 30 ədəd) götürülür və baytarlıq laboratoriyasına göndərilir. Zəhərli bitkilərin növlərini müəyyən etmək üçün çiçək tozcuqları araşdırılır. Burada paratif, nozematoz, gəzəngi və kimyəvi toksikozlar istisna edilir . Tədqiqat müddəti 3 gündür.
Gəlir uzun müddət olmadığından çiçək tozu toksikozu ilə xəstə olan arı ailələri 2-3 gün fasilələrlə şəkərli şərbətlə (1:2), ailə gücü nəzərə alınaraq 0,5-1 litr hər ailə yemləndirilməlidir. Şərbət axşam saatlarında arılara verilir. Bundan əlavə, arıxana su ilə təchiz olunmalıdır. Arılara suyu ailə başına hər gün 0,3-0,5 litr olmaqla verilə bilər.
Gəzəngi toksikozu - yemdə gəzəngin olmağı ilə yaranan arı xəstəliyidir.
Xəstəliyin etimologiyası - gəzəngi, bitki və ya heyvan mənşəli olan şirin və yapışqanlı mayedir. Müxtəlif bitkilər və ya bitkilərin şirəsi ilə (bal şehi) qidalanan mənənələr, soxulcanlar, yarpaq birələri, qanadlı yastıcalar və digər həşəratların ifrazatı nəticəsində meydana gəlir. Gəzəngi ifrazatı meşə olan ərazidə daha çoxdur.
Gəzəngini pətək daxilində arılar nektar kimi emal edir. Gəzəngi balının içindəki su miqdarı normal ölçüyə düşdükdə arılar onu möhürləyir. Bu balın rəngi, adətən açıq-qəhvəyi və tünd- qəhvəyi olur. Nadir hallarda şəffaf rəngdə olur. Bəzən rəngi tünd-yaşıl olur (məsələn palıd mənənəsindən).
Patogenez - gəzəngi balda yüksək miqdarda melezitozların olması nəticəsində qış yem ehtiyatlarının kristallaşmağına gətirib çıxarır ki, bu da arıların acından ölmələrinə səbəb olur. Bu balın tərkibində göbələk sporlarının çoxlu olması qış ehtiyatlarında şəkərin pis invertasiya olduğu halda balın çürüməsinə (qıcqırmasına) səbəb olur.
Qışlama şəraitində gəzəngi balın istifadəsi nəticəsində arıların mədəsi ballast maddələri ilə kəskin şəkildə yüklənir. Arılarda kalium və natrium nisbətinin dəyişdirilməsi səbəbindən susuzluq yaranır, peritrofik membran pozulur. Bunların hamısı arıların təlaşlanmasına səbəb olur.
Kliniki əlamətlər - qışda xəstəlik uzun müddət davam edir. Arılar narahat olur, uçuş bacası və altlığın yanında çoxlu ölü arıya rast gəlmək olar. Pətəyin divarlarında nəcisin ləkələri olur. Pətəkdən xoşagəlməz iy gəlir. Sağ qalan arıların qarnı şişib, orta bağırsaq tünd-şabalıdı rəngdə olur və tez cırılır.
Diaqnoz - etioloji göstəricilər, xəstəliyin kliniki əlamətləri, gəzənginin olmasını yoxlamaq üçün arıların kəsiklərinin nəticələri və laboratoriya müayinələri, digər xəstəliklərin olmamasına görə qoyulur.
Profilaktika - gəzəngi aşkar olunduqda arılar həmin ərazidən digər yerə köçürülməlidir. Ərazidə çiçəkləmə dövrü olan balverən bitkilər əkilir. Qış ehtiyatlarını hazırlamamışdan əvvəl balda gəzənginin olub-olmaması müayinə edilir. Keyfiyyətsiz qış balını çiçək tozlu və ya şəkərlə əvəz edirlər.