Mübarizə tədbirləri - arı ailələrini qurbağalardan qorumaq üçün pətəklər yerdən 30 santimetrdən aşağı olmayaraq dayaqcıqlarda yerləşdirilməlidir. Qurbağaları öldürmək olmaz: onlar faydalıdır.
Ölübaş kəpənək (Şəkil 10.13). Bu kəpənək nasaz vəziyyətdə və ya azacıq açıq olan pətəklərə keçərək bəzi arılar və onların yem ehtiyatlarını məhv edir.
Mübarizə tədbirləri - arı ailələrini saz vəziyyətdə olan pətəklərdə saxlamaq, pətəkləri isə dayaqcıqlara qoymaq lazımdır.
Arıquşu - əyri dimdiyə malik olan sığırçından kiçik quşdur (Şəkil 10.14). Onun uzun, iti qanadları və quyruğu vardır. Ölkəmizdə, əsasən, iki növünə rast gəlinir:
Cırtdan arıquşu - (Şəkil 10.15). Quşların bədən uzunluğu 15-17 santimetrdir. Arı yeyən quşların arasında ən kiçiyidir. Üst bədən tükü yaşıl, boyunu sarı, sinəsi göy rəngdə olur.
Qızılı qızlarquşu - quşun dimdiyi, gözlərindən boyun ardı və ətrafına kimi qara zolaq keçir, baş və beli qızılı şabalıdı rəngdədir, alnı ağ-göy rəngdə olur, qanadları qonuru göy rəngdədir, quyruğu isə qırmızı və ya göy rəngdədir. Uzunluğu 26 santimetrə kimi olan balaca cücüyeyən quşdur (Şəkil 10.16). Qızlarquşun yuvasının uzunluğu 1-2 metrdir, həmçinin o, onu dağ ətəyi və uçurumlarda düz çayların ətrafında dimdiyi ilə deşir.
Yuvanın axırında genişlənmə var ki, orada dişi 8 ağ rəngli yumurta qoyur. Qızılı qızlarquşu çoxlu cücü yeyir, ən çox xoşladığı isə it arıları və arılardır. O, çoxlu sayda arını məhv edir. Gün ərzində 60-80, bəzi məlumatlara görə 700-dən 1000-ə qədər arı yeyir. Bu isə arı ailələrinin zəifləməsi və bal yığımının azalmasına səbəb olur. Kənd təsərrüfatı üçün zərərli sayılan cücülərin yırtıcısı kimi qızılı qızlarquşunun faydası azdır, arıçılığa ziyanı isə böyükdür.