Mübarizə tədbirləri - mum güvəsilə mübarizə həm arıxana və həm də şan və mum saxlanan ambarlarda aparılmalıdır. Arıxana və şan anbarlarında bütün güvə növlərinə qarşı mübarizə üsulları eynidir, lakin onları sistematik olaraq tətbiq etmək lazımdır. Arıxanalarda güclü ailələr pətəklər və şan anbarlarında isə təmizliyi qoruyub saxlamaq lazımdır. Arılar əsl yarıqsız olan pətəklərdə saxlanılmalıdır. Hər il şanların üçdə bir hissəsini yeniləri ilə əvəz edirlər. Çox geniş yuvada arıları saxlamaq olmaz, artıq şanlar çıxarılmalıdır. Arıxanada şan anbarı otaqları, şkaflar və yeşiklər olmalıdır. Çıxdaş olunmuş şanları mum emalı zavoduna göndərir və ya mum üçün əridirlər.
Güvə ilə mübarizəyə qarşı turingienzis batsillaları və sereusdan istifadə edirlər. Onlar güvəni xəstələndirib öldürür, insan və heyvanlar üçün isə heç bir ziyanı yoxdur. Həmçinin enterobakterindən də istifadə etmək olar (1 kiloqram xammala 10 qram dərman).
Enterobakterin - 3 açıq boz rəngli olan tozdur, tərkibində sereus batsillasının canlı sporları və neytral qatqılarla qarışdırılmış zülallı zəhərli kristallar var. Dərman insan, istiqanlı heyvan, arı, həmçinin digər cücülər üçün təhlükəsizdir. Ondan su halında və ya dustla tozlandıraraq geniş istifadə edirlər. Entomopatogen bakteriyaların spor formaları sporların yaranması prosesində əmələ gələn zəhərli kristallarla cücülərə mənfi təsir göstərir. Mum güvəsinin tırtıllarının bağırsağına düşdükdən sonra enterobakterin kristalları əriyir, zəhər isə sinir sistemi, peritrofik pərdə və bağırsağın orta şöbəsinin epitelilərinə təsir edir. Mum güvəsinin tırtılları 5-6 gündən sonra enterobakterindən ölür.
Qurbağalar - arıları, əsasən bacalardan sallanarkən yeyə bilər. Qurbağalar, eyni zamanda, ölmüş arıları da yeyir. 15 dəqiqə ərzində 30-35 ədəd arı tutub yeyə bilir. İri qurbağalar pətəklərin altına girərək orada yaşayır və pətək qarşısında uçan arıları təxminən 90-95 ədədini tutaraq yeyir (Şəkil 10.12).