Qurd arı - (Şəkil 10.6). Qurd arı çox hərəkətli, tək yaşayan torpaq arısıdır. Bu arı yaşlı bal arıları ilə qidalanır. Arıçılığın inkişaf etdiyi zonalarda çox yayılıb. Başı böyük olmaqla güclü çənəyə malikdir. Bal arıları üçün yalnız qurd arılarının dişi fərdi yırtıcı hesab olunur. Onlar bal arılarını nektar toplayarkən və arıxanada uçuş zamanı tutur. Qurd arıları arıxanalarda havanın isti vaxtında - yay fəsli və bal yığımının əvvəlində əmələ gəlir. Arıxanaya çox böyük ziyanı var.
Mübarizə tədbirləri - qurd arılarının yuvası tapılmalıdır. Yuva aşkar olunduqdan sonra həmin torpaq sahəsi əkilməlidir. Yaxud torpağa çoxlu miqdarda su verilməlidir. Yuvaya zəhərli maddələr tökülür.
Qarışqalar - (Şəkil 10.7). Demək olar ki, bütün arıxanalarda arı ailələrində qarışqalara rast gəlmək olar. Onlar arı ailələrinin bal ehtiyatlarını tamamilə məhv edə bilər. Onlar zəif ailələrdən arıların yumurtaları və sürfələrini götürə bilər, həmçinin də yoluxucu xəstəliktörədicilərini də gətirə bilər. Lakin ümumilikdə qarışqaların fəaliyyətini faydalı saymaq olar, çünki onlar bir çox zərərli buğumayaqlılar, ölü arıları məhv edir.
Mübarizə tədbirləri - qarışqaların hücumunun qarşısını almaq məqsədi ilə arıxananı qarışqa olmayan yerə qoymaq lazımdır. Qarışqa yuvalarını sökmək olmaz, çünki qarışqalar bitkilər, o cümlədən bal verən bitkiləri qoruyur. Pomidor əkini yerlərində qoyulmuş arıxanalar qarışqaları ürküdür. Qarışqalar mətbəx duzu, metil və etil spirti, boraks, kükürd tozundan qorxur.
Pətək altlıqları və ya payacıqları neft, avtol, solidol və digər mineral yağlarla yağlamaq lazımdır.
Güvələr - böyük mum güvəsi (Şəkil 10.8). Yer kürəsinin hər tərəfində rast gəlinir. Yalnız sərt iqlim şəraiti olan və dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdə yerləşən rayonlarda təsadüf olunmur. Bu güvə isti iqlim şəraiti olan yerlərdə yaşayaraq ziyan verir.