Arı ailəsinin məhsuldarlığı və həyat fəaliyyəti üçün ayrı-ayrı fərdlər və ailənin bütövlükdə hərəkətini müəyyən edən əsas instinkt və reflekslər hesab olunur. Əsas bal yığımından əvvəl beçəvermə instinktinin azalması arıxana məhsuldarlığı və arıçının əməyinin məhsuldarlığının artırılması mühüm tədbirlərdən biridir, bir çox halda arıların təlimi isə bitkilərin tozlanma effektivliyini artırır.
Ailənin məhsuldarlığı və yaşama qabiliyyətini müəyyən edən daxili amillərdən isə əsas yeri ana, onun fenotipi, həmçinin spermaqəbuledicisində saxlanılan, ananın yumurtaları və spermatozoidlərindən nəslə keçən genotip aiddir. Ana nə qədər böyükdürsə, yumurtalıqları bir o qədər də yaxşı inkişaf edir, yumurtalıqlarda nə qədər çox yumurta borucuqları varsa, bir o qədər də ailənin məhsuldarlığı və artımı çox olacaq. Bir çox təcrübələr ananın çəkisi ilə yumurtalıqlarda yumurta borucuqlarının sayı, sürfələrin sayı, həmçinin arı ailəsinin bal məhsuldarlığı arasında böyük əlaqənin olduğunu sübut edib. Bundan başqa, ana xarici şəraitə olan norma, inkişafın xüsusiyyəti, interyer və eksteryer əlamətləri, arılar və ailənin bütövlükdə bioloji və təsərrüfat baxımından faydalı olan xüsusiyyətlərini müəyyən edən irsi informasiyanı öz nəslinə ötürür.
Qeyd etmək lazımdır ki, daxili amillərdən hər biri qalan digər amillərə təsir göstərir və yerdə qalan amillərin təsiri altında qalır. Məsələn, ailənin gücü ailədə yetişdirilən arıların keyfiyyəti, arıların yaş tərkibi, ailədə mövcud olan reflekslər və ananın keyfiyyətinə təsir göstərir.
Arıların sayı isə öz növbəsində ananın sayı, ailənin yaş tərkibi, arıların keyfiyyəti, mövcud olan reflekslərin cəmindən asılıdır. Bütün bu amillərə isə həm daxili, həm xarici amillər təsir göstərir. Beləliklə, arı ailəsinin həyat fəaliyyəti, məhsuldarlığı və yaşamağı daxili və xarici amillərin qarşılıqlı əlaqələrinin mürəkkəb kompleksindən asılıdır.
Arıçının vəzifəsi hər bir amilin mahiyyətini öyrənmək və istehsalat maraqları üçün onları idarə etməyi bacarmaqdan ibarətdir. Arı ailələrinin məhsuldarlığı və yaşamağını artıran amillərin idarə olunmasında böyük yer arıların saxlanılması və yetişdirilməsi üçün müasir üsulların tətbiqinə ayrılır.