Bu mülahizənin təsdiqi kimi o faktı göstərmək olar ki, arılar hər bir yaşda olan canlı sürfənin qeydinə qalır, həmçinin yuvadan ölü sürfə və pupları tullayır.
Beləliklə, sürfələrin istiliktənzimləməsi arı ailəsinin istilik balansına təsir göstərmir. İstiliyin ayrılmasında onun iştirakı arıların az fəal olduğu dövr ərzində olur, arılar qısamüddətli soyuqlar düşəndə isə sürfələrə yığılarkən öz cisimləri ilə istilik təcridedici örtük yaradır.
Sərbəst iş üçün tapşırıqlar
- Təkamül prosesində arı ailəsinin üzvlərində istiliktənzimləmə mexanizminin təkmilləşdirilməsinə diqqət edin və bununla əlaqədar müvafiq bilikləri öyrənin.
- Sürətli havalandırma nəticəsində yuvanın soyumasına nəyin səbəb olduğunu öyrənin.
- Yuvada 20°C temperaturda 1 qram suyun buxarlanması nəticəsində 585 kalori istiliyin sərf olunmasını diqqətinizdə saxlayın.
- Kəskin soyuqlamalardan hansı nəticənin olacağına diqqət edin.
- Arı yuvasında temperaturun sabitləşməsinin orada sürfənin olması ilə əlaqədar olmasına diqqət edin.
- Arı ailəsinin yuvasına istiliyin sürfə ilə gəlib sürfə ilə də tənzimlənməsinə diqqət edin.