İstiləşdirməyə reaksiya - arılar hələ yaşamaq üçün yuvanı seçərkən yuvanın qızdırılmasına mənfi reaksiya göstərir. Buna beçənin gündən qorunan yerdə yaşaması dəlildir. Beləliklə, arılar məskunlaşarkən hərəkətlərində yerin termik xüsusiyyətlərinin müəyyənləşdirilməsi sanki proqramlaşdırılıb. Yaşamaq üçün cücülərin kompleks halında bioloji tələbatlarını ödəyə biləcək yerin uğurlu seçimi heç də həmişə ailənin qızmasından boyun qaçırılmasına təminat vermir.
Bu səbəbdən arıların ictimai həyatının təkamülü nəticəsində onlar qızmaya qarşı fəal müqavimət göstərməyə uyğunlaşıb. Qızma arılarda istilik amili və bioloji vəziyyətin inkişafından asılı olaraq müəyyən ardıcıllıqla və ya eyni vaxt həyata keçirilən kompleks hərəkətləri həyata keçirməyə həvəsləndirir.
Passiv arılar yuvanın qızmasına səpələnməklə (sıxlığı azaltmaqla) reaksiya verir. Yuva çox istiləşdirildikdə sıxlıq onun hesabına azalır ki, arıların bir hissəsi yuvanı tərk edir və uçuş bacasının yanında zəncirvarı düzülür. Passiv sallanan arılardan olan zəncir ən isti günlər günün ikinci yarısı yaranır və axşam və gecə vaxtı itir (arılar pətəyə qayıdır).
Yuvanın qızması arıları qanadları ilə yuvaların havalandırılmasının artırılmasına təhrik edir. Maraqlıdır ki, sürfənin yerləşdiyi yerdə yuva daha yaxşı qızır. Bu, arıların öz sürfələrini qoruduqlarını göstərir.
Sürətli havalandırma nəticəsində yuvanın soyumasına yuvada olan suyun buxarlanması və yuva qızdırılarkən arıların suyu gətirməsi səbəb olur. Hava mübadiləsinin artması və havalandırıcı arıların fəallığı nəticəsində havanın temperaturunu artırmaq və nisbi rütubətini azaltmaqla havanın dövr edilməsi, suyun buxarlanmasını sürətləndirir. Arıların bədəni və yuvanın soyuqlamasının gücləndirilməsi bununla əlaqəlidir: 20°C temperaturda 1 qram suyun buxarlanması nəticəsində 585 kalori istilik sərf olunur.
Soyuqlamaya reaksiya - arıların yüksək fəallığı dövründə arı yuvasında qısamüddətli soyuqlama arıların bədəninin temperaturunun sürətlə artmasına səbəb olur.
Kəskin soyuqlamalarda təkcə arıların bədəninin temperaturunun artması kifayət etmir (Şəkil 7.1). Əgər arılar yalnız bu xüsusiyyətdən istifadə etsə, onlar öz enerji potensialını (balı) tez itirər və ölər. Arı ailəsinin davamlı soyuqlamaya dözümlülüyü daha çox istiliyin təcrid edilməsinin dəyişilməsi yolu ilə arıların yuvanın istilikverməsini tənzimləmək qabiliyyəti ilə əlaqəlidir. Buna necə nail olmaq olar? Hətta yüngül soyuq havalarda arılar sürfənin ətrafında uçur, bunun nəticəsində isə istilik təcridedici örtük əmələ gəlir.
Birləşmiş hissələrin həcminin dəyişilməsi istilik itkisinin tənzimlənməsinin əsas mexanizmidir. Yuvanın daxili və ətraf mühitin arasında hava mübadiləsinin azalması nəticəsində soyuqlamaya cavab olan sıxlaşma ailənin azalması, istiliyin itkisinə səbəb olur: soyuq hava ilə dəyişilən qızdırılmış havanın azalması istilikverməni yubadır. Arıların sıxlaşması arıların olduğu sahə ilə həcmi arasında azalmanın qarşısının alınmasında mühüm rol oynayır.