Çöldə qışlayan bir çox ailələrin erkən uçuşu günlə yaxşı qızdırılan yerlərdə küləksiz havada günəşli yerlərdə 10-14° C temperatur olduqda həyata keçirmək mümkündür. Erkən uçuş zamanı arılar yuxarı bacalar və ya pətəyin üstündən daha yaxşı çölə çıxır.
Çox erkən uçuş isti hava düşməmişdən bir qədər əvvəl aparılır. Bu uçuş ayrı-ayrı ailələrdə ishal zamanı tətbiq olunur.
Uçuş zamanı arılar bağırsaqlarını nəcisdən boşaldır, bu da onların vəziyyətini yaxşılaşdırır və növbəti qışlama zamanı ölüm hallarının qarşısını alır.
Arı ailələrinə baxış keçirilərkən, həmçinin, sürfə, yem və onun yeri, yuvanın təmizliyi, artıq nəm, kifin olub-olmamasını tez müəyyən edin.
Lazım olan yerə qızdırılmış bal çərçivələri qoyun və ya cunaya bükülmüş bərkimiş bal verin. Bankada şəkər şərbəti də vermək olar.
Daha isti bir vaxtda ailənin vəziyyətini ətraflı öyrənmək üçün üzdən baxış keçirilərkən sizə nəyin aydın olmadığını jurnalda qeyd edin.