6. Arıların uçuşunun müşahidə edilməsi
İlin fəsli, yer və məqsəddən asılı olaraq bələdləmə, yaz və yayda təmizləmə erkən, çox erkən olur. Arıların pətəklərdən uçmasına temperaturun optimal dərəcəyə çatması, bağırsağın nəcislə həddindən artıq yüklənməsi, susuzluq və digər amillər səbəb olur.
Uçuş ayrı-ayrı arıların uçmağından başlayır, qısa zamanda isə pətəkdə qalan arılar da fəallaşır və sürü ilə bacaya tərəf istiqamətlənir. Uçuş zamanı arıların hərəkəti fərqli olur: bəziləri sürətlə pətəkdən çıxır, digərləri isə (əksəriyyəti) bir müddət uçuş taxtası və ya pətəyin ön divarında dayanır, sonra isə göyə uçur. Normal arı ailəsinin uçuşu 20-50 dəqiqə olur. Çox vaxtı eyni zamanda bələdləmə və təmizləmə uçuşu olur. Uçuş zamanı arılar pətəyin yanında uçur. Arılar pətək və uçuş bacasının yeri, həmçinin olduğu yerlərin istiqamətlərini yaxşı yadda saxlayır.
Yaz və təmizləmə uçuşu isti günəşli gündə kölgədə temperatur 6-8° C olarkən baş verir. Nəcislə ağırlaşan arılar pətəklərdən çıxır və uçuş bacasında bir neçə dəqiqə dayandıqdan sonra göyə uçur.
Arılar pətəyin üstündə 3-5 bələdləmə dövrü etdikdən sonra nəzərdən itir. Bəzən onlar gün saçan əşyalara və yerə oturur, həmçinin pətəkdən kənarda 10-12 dəqiqə qalır. Nəcis kütlələrindən azad olan arılar pətəyə qayıdır. Çox vaxt onlar “həyəcanlı arıların” səsinə çıxır, bundan əvvəl sakit olan arılar sürətlə şanlarla bacaya doğru uçmağa başlayır. Arıların sürətli hərəkəti nəticəsində yuvada temperatur 28-32° C-yə kimi artır və arı topası ayrılır.
İlk arıların uçuşundan 15-30 dəqiqə sonra arı ailəsinin kütləvi uçuşu başlayır.
Təmizləmə uçuşuna çıxan arıların hərəkəti zahirən bələdləmə uçuşuna oxşayır. Onlar mehribancasına bacalardan uçur və göydə bələdləmə dövrləri eləyir. Bu, təmizləmə uçuşunun, eyni zamanda bələdləmə uçuşu olduğunu təsdiqləyir. Arılar nəcis kütlələrindən pətəkdən 5-15 metr məsafədə göydə azad olur.
Təmizləmə uçuşu 20-55 dəqiqə davam edir. Təbiətdə yığım olduqda arılar uçuşun sonunda pətəyə sayrımla qayıdır, həmçinin su da gətirir. Yaz təmizləmə uçuşunun xüsusiyyəti arı ailəsinin vəziyyətinin əsas göstəricisidir. Uğurla qışlamış güclü ailə tez və mehribancasına, qışda zəifləmiş və xəstə ailələr isə ətalətsiz və uzun müddət uçuş edir.
Qışlama zamanı ananı itirən arı ailələri uçuş bacasından yavaş çıxır və taqətsiz halda pətəyin divarlarında sanki nə isə axtararaq sürünür. Bu cür ailələrdə uçuş mehriban olmur.
Bəzən elə də olur ki, yaxşı qışlamış ailə temperaturun artmasına heç bir reaksiya vermir və digər ailələrin uçuşu zamanı öz arı topasında rahat oturur, buna baxmayaraq, bir müddətdən sonra ailə çox mehribancasına bir uçuş edir (Şəkil 6.1).
Uçuş zamanı arıların nəcisinin tərkibi qışlamadan sonra arı ailəsinin vəziyyətinin göstəricisidir: qış pis keçib və arılar yemlərini az sərf edibsə, nəcis qatı halında olur; keyfiyyətsiz yem və xəstəlik səbəbindən bağırsaq həddindən artıq yüklənibsə, nəcis duru, qonuru, bəzən də açıq rəngdə olur və ondan xoşagəlməz iy gəlir. Bu cür ailələrə ilk növbədə baxış keçirmək və ilkin yardım göstərmək lazımdır.
Arıların erkən uçuşu - adi vaxtdan 15-20 gün tez arıların havada uçuşudur. Erkən uçuşdan əsas yığıma qısa hazırlıq vaxtı qalan yerlərdə uğursuz qışlama zamanı və ya arı ailələrini tez inkişaf etdirmək məqsədi ilə istifadə edir.