Yuvanın birdəfəlik genişləndirilməsi yatıq pətəklərdə daha yaxşı nəticə verir. Onun mahiyyəti ondan ibarətdir ki, yaz baxışı keçirilərkən yatıq pətəklərdə olan ailələrdə 10-12 kiloqramdan az olmayaraq bal qalır və bir o qədər də şanların üzərində arılar olur. Ondan sonra təbiətdə heç olmasa, az da olsa, bal yığımı olmayana kimi təxminən üç həftə ərzində ailəyə baxış keçirmirlər.
Nəzarət pətəyinin çəkisi artmağa başladıqda şan və süni şanlarla olan bir neçə çərçivəni ailəyə verirlər. Ailənin gücü, yer və yığımın xüsusiyyətlərindən asılı olaraq 2-4 şan və 1-2 süni şanı olan bir neçə çərçivəni ailəyə verirlər. Arılar onları doldurduqdan sonra yuvanı genişləndirir. Bundan başqa, arıların olduğu bütün çərçivələr bacadan pətəyin boş sahəsinə tərəf çəkilir, onların yerinə isə şan və süni şanla qarışdırılan 5-6 çərçivə qoyulur. İlk növbədə, arılar bacanın yanında sürfə ilə olan boşluğu doldurmağa çalışır, onlar sürətlə orada qoyulan şanı hörür və sürfə üçün qovuqcuqlar hazırlayır, ana isə qovuqcuqlarda yumurtalamağa başlayır. Yuvanın birdəfəlik genişləndirilməsi üsulu müəyyən dərəcədə ailənin beçəvermə vəziyyətinin qarşısını alır və əməyin məhsuldarlığının artmasına köməklik göstərir.
Yaxşı şərait olduqda yuvanın birdəfəlik genişləndirilməsini arıları on iki çərçivəli pətəklərdə saxlayarkən də həyata keçirmək mümkündür (Şəkil 5.4).
435 x 300 kvadrat millimetr ölçüsü olan 12 çərçivəli pətəklərdə yuvanı genişləndirmək çox çətindir. Nəzərə alın ki, həm çox gövdəli pətəklər, həm də yatıq pətəklərdə nə qədər ailə güclü, ana məhsuldar, mülayim hava şəraiti və yaxşı bal yığımı olarsa, bir o qədər də tez yuvanı genişləndirmək mümkündür. Başlanğıcda, saxlayıcı bal yığımı dəyişkən olduqda açıq-şabalıdlı rəngdə olan bir-iki şan çərçivəsini küncdə yerləşən sürfə ilə çərçivənin arasına qoyaraq yuvanı genişləndirmək mümkündür. Onları arılar doldurduqdan sonra eyni qaydada digərlərini yerləşdirin.