Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Arı ailəsi yuvasının quruluşunun öyrənilməsi
|
-
Quruluşuna görə arı yuvası və yuvadakı şanların quruluşuna diqqət edin.
- Ailənin fəal həyat fəaliyyəti dövrü ərzində 34-35°C temperaturun saxlanması üçün yuvanın sürfəli çərçivə aralıqlarında arıların müəyyən sıxlıqla yerləşdirilməsinə diqqət edin.
- Yatıq pətəklərdə bal ehtiyatlarının hansı tərəfdən hazırlanmasına diqqət edin.
|
2. Şanların hörülməsinin öyrənilməsi
|
-
Arılar, şanların mum vəzisindən ayrılan mumdan hörülməsinə diqqət edin.
- Bu xüsusiyyətin 12-18 günlük yaşından olan arılarda fizioloji cəhətdən daha fəal olduğuna diqqət edin.
- Şanların hörülmə prosesi ilə əlaqədar məlumatları dəqiqliklə oxuyub öyrənin.
|
3. Bal, sürfə və güləmin yerləşdirilməsinin öyrənilməsi
|
-
Arıların sürfə, bal və güləmi müəyyən ardıcıllıqla yuvanın şanlarına yerləşdirməsinə diqqət edin.
- Havalanma şəraiti olan şanlarda sürfə, yuvanın yuxarı hissəsi, bacadan uzaq yerlərdə bal, künclərdə olan sürfəli şanlara güləmin toplanmasına diqqət edin.
- Sürfələr olan yuvada arıların rütubəti neçə faiz səviyyəsində qoruyub saxladığına diqqət edin.
|