Tarixən bal arısı ailələri yuvalarını ağacların oyuğu, dağların yarıqları və başqa yerlərdə qurduqları, müasir şəraitdə isə pətəklərdə yaşamaları və bu pətəklərdə onlar üçün hər bir şəraitin olmasını öyrənin.
Şanların uçuş bacasına yaxın yerləşdirilməsinin isti yığım, küncə çevrilməsinin isə soyuq yığım adlandırılmasına diqqət yetirin.
Şanlarda hansı növ qovuqcuqların olduğu, onların forması, ölçüləri, diametrinə diqqət edin və həmin qovuqcuqların funksiyalarını öyrənin.
Mütəmadi olaraq arıların yuvasının təmizlənməsinə diqqəti artırın.
Arıların mum istehsalı prossesi və şanları necə hörməsini öyrənin.
Arıların bal, sürfə və güləmi necə yerləşdirməsini öyrənin.