Bu cür ballı-güləmli şanlar sürfələrin yetişdirilməsi üçün çox faydalıdır (Şəkil 4.9).
Arılar, adətən sürfəni sıx, ardıcıl olaraq bütün şanlarda yerləşdirir, ona görə də ailədə arılar çoxaldıqca temperatur tənzimlənərək getdikcə dəyişilməz qalır. Ətraf mühitin temperaturu aşağı düşdükdə arılar şanlarda topalaşır, bu da şanların məhdud sahəsində istiliyi qoruyub saxlayaraq arıların bəslənilməsi üçün şərait yaradır. Belə olduğu halda arıların orqanizmində maddələr mübadiləsi və istilik artır.
Yuvada temperaturu aşağı salmaq üçün arıların şanlarda çəkisi artır, bu kifayət etmədikdə isə arılar yuvaları havalandırmağa başlayır. Arılar başlarını bacaya tərəf çevirərək onun yanında durur və qanadlarını tez-tez yelləyərək pətəkdə hava cərəyanı yaradır. Bəzən bu işlə bir neçə yüz arı məşğul olur və onların yaratdığı hava cərəyanı elə güclü olur ki, hətta bacaya yaxınlaşdırılan yanan kibrit dənəsini söndürə bilər. Əgər ventilyasiya kömək etmirsə, arılar pətəkdən “burulub çıxır”, yəni əsas kütlə, ilk növbədə yaşlı uçan arılar bacanı tərk edir və bacanın ətrafında uçur, eyni zamanda da pətəyin ön divarında böyük hərəkətsiz topa halında yığışır. Yuvada istilik azalır və temperatur aşağı düşür.
Sürfələr olan yuvada arılar rütubəti 65-88 faiz radələrində qoruyub saxlayır. Bunun üçün quru yay havasında arılar sürfə ilə olan qovuqcuqların ətrafında yeni gətirilmiş duru nektar yerləşdirir ki, ondan da asanlıqla su buxarlanır. Yığım olmayanda onlar pətəyə balla qarışdırılan su gətirir və sürfənin ətrafında qovuqcuqlara yerləşdirir. İsti havada arılar möhürlənmiş sürfənin qapaqlarına su damcıları tökür, həmçinin sürfə olan qovuqcuqların divarlarının yuxarı hissəsinə də su damcıları səpilir. Su buxarlanaraq temperaturu aşağı salır.