Mum lövhəciklərinin uzadılmış və qarıncığın orta xəttində olan səth beşbucaq formasında olur. Eyni zamanda dörd cüt mum aynacığı formalaşır (Şəkil 4.5).
Hər birinin çəkisi orta hesabla 0,25 milliqramdır. Beləliklə, ailədə 1 kiloqram muma 4 milyon bu cür lövhəcik hazırlanır.
Mumun yetişmiş lövhəciklərini arı ardıcıllıqla arxa ayaqlarının fırçaları ilə çıxardır, ağız aparatına aparır və növbəti istifadə zamanı qovuqcuqları hörərkən üst çənəsi ilə çeynəyir (mum yumşalan zaman üst çənə vəzlərinin ayırdığı maddələr əlavə olunur).
Lövhəcikləri mumayıran vəzlərin hüceyrələri zəif olan yaşlı arılar hazırlayır. Onlar həmçinin tikinti işlərində də iştirak edir. İnşaat arıları zəncirvarı sallanaraq, əsasən yuvanın boş yerlərində yerləşir.
Qovuqcuqların tikintisi altlıqdan başlanır. Mərkəzdə o, dərindir, çünki romb formasında olan üç düz xətt küncdə bir-birinə birləşir. Hər üç romb şanın əks tərəfində olan qovuqcuq altlığının üçdə bir hissəsini tutur. Altlıqların hamısı praktiki olaraq şanların orta xətti hesab olunur, məhz onlardan əks tərəflərə yarıqları olan altıüzlü qovuqcuqların divarları hörülməyə başlanır. Hər bir divar iki qovuqcuğun ümumi hissəsi hesab olunur. Bu cür quruluş şanın yüksək davamlılığını təmin edir və mumun ən sərfəli şəkildə xərclənməsinə səbəb olur.