4. Arı ailəsinin yuvası və şanlarının quruluşu
Arı ailələri yuvalarını ağacların oyuğu, dağların yarıqları və başqa yerlərdə qurur. Müasir şəraitdə arı şanları, bal, güləm və sürfə olan pətəklər arılar üçün hazırlanır. Yuvada kənar yuvanın müvəqqəti saxlanılması və genişləndirilməsi üçün boş şanlar ola bilər. Arılar yuvada lazımi temperatur rejimi və hava rütubəti yaradır, müəyyən sanitar şəraiti qoruyub saxlayır, nəslin törəməsini təmin edir.
Quruluşuna görə yuva şaquli istiqamətdə olan paralel şanlardan ibarətdir (Şəkil 4.1). Onların inşasına yuxarı hissədən başlanır. Onların arasında çərçivə aralığı adlanan 12 millimetr eni olan yer qalır. Çərçivələr müxtəlif forma və ölçüdə olur, lakin müasir arıçılıqda müəyyən norma və standartlara əsasən pətəklər hazırlanır. Çərçivələr pətəklərə qoyularkən yuvanın quruluşunun təbii xüsusiyyətləri nəzərə alınmalıdır, əsasən də aşağıdakılar: iki qonşu şan arasında məsafə 37 millimetr, şanların qalınlığı 25 millimetr, çərçivələrin yan lövhə ilə pətək divarları arasında olan məsafə 7,5 millimetr olmalıdır.
Tavanın üzərində çərçivə üstü boşluq 10 millimetr, çərçivə altı boşluq isə (çərçivənin altı ilə alt küncləri arasında boşluq) 10-12 millimetr, çərçivələrin layları arasında məsafə 10 millimetrdir.