Bundan başqa, arıçılıqda dərəcələrə görə güclü, orta, zəif ailələr seçilir. Konkret göstəricilərə görə dərəcələr bölgüsü mövsümdən asılıdır. Yayda güclü ailə 20 və daha çox çərçivə aralığını tutur. Payızda güclü ailə 10-11, bəzən də 12 çərçivə aralığını tutur, yəni təxminən iki dəfə az. Yazda güclü ailə maksimal olaraq 9-10 çərçivə aralığı olur:
Orta ailə yazda 7-8, yayda 16-18, qışda isə təxminən 7-yə yaxın çərçivə aralığını tutur. Zəif ailə yayda 10-dan az, payızda 6-ya yaxın, yazda isə 5-ə yaxın çərçivə aralığını tutur. Ən kiçik ailələr yalnız yayda yaşayır. Bu, kiçik ailələrdir, onlar mayalanmamış anaların yerləşməsini təmin edir, analar isə buradan mayalanma uçuşunu edir. Kiçik ailələr kiçik ölçülərdə də ola bilər, məhz buna görə onlar “mikroailəciklər” adlanır. Görünür ki, “mikro” sözü bu adın tərkibində bir o qədər də həqiqətə uyğun deyil, çünki bu ailəyə baxmaq üçün mikroskop lazım olmur. Ola bilsin ki, onları mini ailəciklər adlandırmaq daha düzgün olardı.
Yaxşı təchiz olunmuş pətək yuvası, yaxşı yem bazası, lazımi qulluq olduğu təqdirdə, həmçinin xəstəliklərin olmadığı və vaxtı-vaxtında arı ailələrinin sağlamlığına dair köməklik göstərildiyi təqdirdə güclü ailələr almaq mümkündür. Arı ailələri saxlandığı yerlərdə çiçək tozu və nektarın olmasında fasilələr yarandıqda mütləq köçmə etmək lazımdır, arıxananı nektarlı və çiçək tozu gətirən bitkilərin yanına köçürmək lazımdır.
Praktiki cəhətdən ailənin gücünü müəyyən etmək üçün arı yuvasını yaradan çərçivə aralığının sayını müəyyən etmək lazımdır.
Bunun üçün pətəkdən qapağı çıxardın.
İstiləşdirici materialları çıxardın və çevrilmiş qapağa qoyun.
Tavan taxtaları və ya ailənin üstü örtülən parçanı çıxardın.
Arıların olduğu çərçivə aralıqlarının sayını hesablayın. Əlavə olaraq şanlı çərçivə ilə pətəyin divarı və ya arakəsmə taxtası arasında olan boşluğu yarım çərçivə aralığı kimi hesablayın.
Ətraf mühitin arıların həyat fəaliyyətinə təsir edən amillərinə də diqqət yetirin. İlk növbədə, bu mövsüm, hava, yığım və istilik təcridetmənin olmasıdır, yəni ailənin isidilməsidir.
Ailənin güclü, orta və zəif dərəcələri yuxarıda qeyd olunduğu kimi mövsümə uyğun olaraq nəzərə alınmalıdır.