Birinci çərçivəyə baxış keçirin. Əgər o, boşdursa, ola bilər ki, ailə acdır. Bu, sizi ehtiyatlandırmalıdır. Gələcəkdə ailəyə baxış keçirərkən balın olub-olmaması və onun miqdarını müəyyən etmək üçün balla olan tam çərçivənin çəkisinin 4 kiloqram olduğunu bilmək lazımdır (435 x 300 kvadrat millimetr olan Dadan-Blatt çərçivəsi nəzərdə tutulub). Arısı 9-10 şan üzərində olan orta ailədə bal 6-8 kiloqramdan çox olmamalıdır.
Pətəyin yuxarı hissəsini açdıqda orada zəif arıların olduğunu görəcəksiniz. Çərçivələrdə bütün şanlara baxış keçirdikdən sonra orada bal ehtiyatının olmadığını görəcəksiniz. Nəticə: ailə acdır.
Ac ailəyə bir və ya bir neçə ballı şanlar verin və ya 1:2 nisbətində olan qatı şəkər şərbətini (bir hissəsi su, iki hissəsi şəkər) şanlara qoyun. Arılara yem təknələrində şərbət verin.
Ailəyə baxış keçirərkən görsəniz ki, sürfə tam deyil, yanında pup, müxtəlif yaşlı sürfələrlə (Şəkil 2.2) olan möhürlənmiş qovuqcuqlar var, bu o deməkdir ki, onlar ananın qoyduğu yumurtalardır. Bu cür sürfə seyrək sürfə adlanır. Bu, sürfənin xəstəlik əlaməti ola bilər.
Ailəyə baxış keçirilərkən şanda sürfələrin arasında analığa rast gəlmək olar. Bu analıqlar arıların şanda qurduğu ana qovuqcuğudur. Bu, ananın olmamasının əlamətidir.
Sürfə və ana görünməyən ailəyə baxış keçirin. Belə olduğu təqdirdə ailəyə gənc sürfə vermək lazımdır. Üçüncü gün ailəyə baxış keçirilərkən artıq analıqları görmək olar. Bu, anaların olmamasının əlamətidir. Əgər sürfədə ana yuvası yoxdursa, bu o deməkdir ki, ailədə ana var.
Arıların kənarlar və aşağı hissə və ya yarıqlardan pətəyə keçməsinə arıxanalarda rast gəlmək olar. Bu, oğru arılardır, ona görə də ailəni onlardan qorumaq lazımdır. Arıxanada olan bütün pətəklərdə bacaları elə qısaldın ki, oradan 1-2 arı keçə bilsin. Pətəklərdə arıların keçə biləcəyi bütün yarıqları bağlayın. Bu amil onu sübut edir ki, təbiətdə arıların əli çatacağı məsafədə nektar yoxdur.
Məhsuldar yığım zamanı arıları müşahidə edərkən onların uçuşunun qəflətən dayanmasını görmək olar. 1-2 saatdan sonra hər hansı bir fəlakətin baş verəcəyini gözləyin.
Ailənin işləmə sürətinin azalması, həmçinin onların uçuşunun zəifləməsinə diqqət yetirin. Diqqətli olun: bu, beçəvermə vəziyyətinin əlaməti ola bilər.