Siçanaoxşar gəmiricilərlə mübarizə o vaxt müsbət olar ki, əgər mübarizə yolları bütün yaşayış yerinin deratizasiyası daxil olunmaqla əvvəlcədən müəyyənləşdirilmiş plana əsasən aparılsın, bu cür olduğu halda gəmiricilər deratizasiya olmayan yerlərə köçürüləcək.
Arıxanalarda gəmiricilər, heyvanlara qoyulmuş tələyə zəhərli yem verilərsə (buğda tumu, arpa, qarğıdalı, çörək qırıntıları, ət və ya balıq qiyməsi, müxtəlif yemlərdən hazırlanan yem qatışığı, sıyıq, süd, bulyon), gəmiricilər onu pis yeyəcək. Lakin tələyə qoyulmuş yemə 10-15 faiz narın doğranmış şanla bal və ya birbaşa şanlara zəhər qatılarsa, siçanlar onu çox yaxşı yeyər.
QEYD: zəhərli şandan istifadə ancaq arılar işləməyən vaxt (axşamlar) olmalıdır. Gündüz arı ondan istifadə edər. Bu, tələfatla nəticələnəcək.
Arıxanada bütün tədbir və üsulları kompleks şəklində, ardıcıl olaraq aparın.
Sublimasiyon qurudulma yolu ilə alınan baktokumarindən də istifadə edin. Poliamid plyonka bağlamalarına yığılmış quru baktokumarindən bir il ərzində istifadə etmək olar. Baktokumarinin minimal ölümcül miqdarı boz siçovul üçün 2,5-3 qram, siçanlar və çöl siçanı üçün isə 0,2-0,36 qram hesab olunur. Gəmiricilər 3-10 gündən sonra ölür. Baktokumarindən istifadə edildikdə siçan və siçovullar 100 faiz ölür. Ümumi qaydalara əsasən hər tələyə qoyulmuş yem olan yerə 500-600 qram miqdarında 2-3 gün ərzində baktokumarin qoyun.
Deratizasiya zamanı istifadə olunan zəhərlər cədvəl 16.1-də verilmişdir.
Zəhərin adı | 1 kiloqram tələyə qoyulmuş yemə zəhərin miqdarı, qram |
|
Siçovullar üçün | Siçanlar üçün | |
0,5 faizlik zookumarin 1 faizlik zookumarin Zookumarin natrium duzunun 1 faizlik məhlulu Ratindan Sinkin fosfidi Penokumarin Fentalanin Monoftorin |
50 20 5 30 10-20 5-8 20 10 |
150 60 15 30-50 10-20 10-15 40-60 20 |
Cədvəl 16.1. Deratizasiya zamanı istifadə olunan zəhərin miqdarı
Arıxanada kifayət qədər bal və güləm qalıqları olan, çıxdaş edilmiş şanlar olarsa, onlardan tələyə qoyulmuş yemi ovmaq və ya bu kütləyə müəyyən qədər zəhər qatmaq yolu ilə hazırlamaq mümkündür.
Tələdə olan yemə lazımi qədərindən çox zəhər qatmayın. Tələyə qoyulmuş zəhər nə qədər çox olarsa, bir o qədər də onun dadı qaçır, bir o qədər də qıcıqlandırıcı gücü çox olur, bir o qədər də tez qida mərkəzində ləngimə prosesi gedir, nəticədə isə birinci dəfə tələyə qoyulmuş yemdə ölümcül miqdarda zəhəri qəbul etməyən gəmiricilərin əksəriyyəti növbəti dəfə ondan imtina edir, xəstələnib sağalır və yaşamağa davam edir. Tələyə qoyulmuş yemi respirator, qoruyucu eynəklər və qolçaqların köməyi ilə yaxşı havalanan otaq və ya açıq havada hazırlamaq lazımdır.