O, analarda yumurtalıqları və yumurta qoymalarını artırır. Vitamin 3,1-6,3 milliqram/faiz miqdarında çiçək tozunda olur, güləmdə isə olmur. Onun az miqdarda olması və ya heç olmaması sürfələrin boyunun artmamasına səbəb olur, zülal azotlarından istifadə etmək çətin olduqda isə sidik turşusu və yağın ayrılması artır.
B7 vitamini - sürfənin inkişafını ləngidir, sidik turşusu ifrazatını və yağ ehtiyatının çoxalmasını təmin edir.
B8 vitamini - yağlar, əsasən də xolesterinlərin mübadiləsində iştirak edir. O, arılar üçün əvəzolunmazdır, boya və udlaq vəzlərin inkişafına təsir göstərir.
Folik turşusu - ana südünün sintezi üçün əvəzolunmazdır. O, çiçək tozunda olur, onun 1 qramında 0,034-0,064 mikroqram olur.
B12 vitamini - azot birləşmələrinin mübadiləsində mühüm rol oynayır. Əgər vitamin müalicəvi dərmanlarla yanaşı qəbul olunubsa, bu vitaminin istifadəsi təkrar xəstələnmədən arı ailələrinin Avropa çürüməsindən sağalmasına kömək edir.
C vitamini - arıları nozematoza müalicə edərkən istifadə olunur. Balda olmur, çünki udlaq vəzlərinin fermentləri ilə məhv olur.
Arıların normal həyat fəaliyyəti üçün bal və çiçək tozunda olan yağ, stirol, fosfolipid, mineral duz və digər maddələr tələb olunur.
Yağ turşuları arıların orqanizminə çiçək tozu vasitəsi ilə daxil olur.
Mineral duzlar da arıların orqanizmi üçün mühüm əhəmiyyət kəsb edir.
Çiçək balında orta hesabla 0,17 faiz mineral maddələr var, onda 30 faizə yaxın elementlər aşkar olunub. Arıları şəkərlə yemləyəndə nəzərə almalısınız ki, onda təbii (natural) balda olan 17 element çatışmır. Karbohidratın mübadiləsində iştirak edən fosfor arılar üçün xüsusi ilə vacibdir. O, şəkər balında çiçək balına nisbətən 10 dəfə az olur. Şəkər balında olmayan kobalt də arılar üçün çox vacibdir.
Təbii yemlərdə maddələr mübadiləsində iştirak edən və boy amilinə təsir göstərən nuklein turşusu var: yem fermentləri özünəməxsus olaraq biokimyəvi və həzm proseslərinə təsir göstərir, orqanik turşular da həmçinin lazımdır.
Mum güvəsinə qarşı basilyus turinqienzisi və sereusu turisid və enterobakterindən dərman halında istifadə edirlər. Xarici dərmanlardan da istifadə oluna bilər: aqritol, baktan, baktoslein, biotrop, dendrobasilin və başqaları, həmçinin insektin, turinqin.
Mum güvələrinə qarşı mübarizə aparmaq üçün arıxanada bioloji insektisidlərdən istifadə olunur. Onlar uzun müddət ərzində mum güvəsinin tırtıllarına mənfi təsir göstərir, biosenozları artırmır (yəni yararlı biosferaya təsir göstərmir), profilaktik məqsədlə istifadə oluna bilər.
Basillanın sporları sayılan turinqienzisi şanın üzərinə çəkərək istifadə edirlər. Bu, yaxşı nəticələr göstərir.
Enterobakterin-3 - batsilla sporları sayılan sereusla zülal zəhərli kristalları neytral aşqarlarla qarışaraq açıq-boz rəngdə toz alınır. Dərman insan, istiqanlı heyvanlar, arılar və digər cücülər üçün zərərli hesab olunmur. Ondan su suspenziya halında və ya dustla tozlanarkən geniş istifadə olunur.