Braulyoz zamanı finotiazin, folbeksdən istifadə olunur.
Hipavitaminozlar - A vitamini çatışmayanda arıların orqanizmlərində birləşməyən ritinoldan istifadə olunur, onlar bitki mənşəli olan provitaminlərdən alınır: karotin və kriptoksantindən. Vitamin boy (yeni hüceyrələrin yaranması üçün), artım, epiteli toxumlarının qorunub saxlanması üçün lazımdır.
D vitamini - Sterol (D provitamini) arıların həyatı üçün çox lazımlıdır, hətta zəruridir. Bu birləşmələr orqanizmin hüceyrələrinin tərkibinə daxildir.
E vitamini - hüceyrə mübadiləsinin fermentlərinin yaranmasına səbəb olur, cinsiyyət üzvləri və hüceyrələri artıran toxumlara təsir edir. O olmayanda bəzi əzələlərin degenerasiyası başlayır, həmçinin sinir sistemi pozulur. O, orta hesabla çiçək tozunda 0,3 milliqram/qram miqdarında (ağ akasiyanın çiçək tozunda - 118,4 milliqram/faiz, sarı süd otunda - 170 milliqram/faiz) var.
Dolğun olmayan yağ turşuları (F vitamini, linol, linolin, praxidon turşuları) fosfolipidlərin tərkibinə daxildir, onların köçürülməsi və istifadəsində iştirak edir.
B qrupundan olan vitaminlər daha ətraflı öyrənilib. Tiamin karbohidrat (şəkərin mübadiləsi və yayılması), suyun mübadiləsi, yağların əridilməsində iştirak edir, bir çox fermentlərin tərkibinə karboksilləşmə və dekarboksilləşmənin katalizatoru kimi daxildir. Onun olmaması hemmalimfalar və sinir sistemində üzüm turşusunun yığılmasına səbəb olur, bu isə spazma və ifliclərin yaranmasına səbəb olur.
B1 vitamini - ən çox arıların yağ gövdəsi və farinqial vəzlərində olur, həmçinin arılarda qışlamanın əvvəlində olur. O, qışlamadan sonra və nozematoz xəstəliyi zamanı arıların orqanizmində minimum sayda olur.
B2 vitamini - hüceyrə oksidləşmə, əsasən də karbohidrat mübadiləsi proseslərini tənzimləyən ferment sistemlərində iştirak edir. O, bağırsaqda karbohidratın həzmi və lipidlə amin turşuların mübadiləsinə kömək göstərir. Vitamin çiçək tozunda flavoprodid halında 15-35 milliqram/kiloqram, arıların bədənində isə 4-8 milliqram/kiloqram miqdarında olur.
B3 vitamini - ara mübadiləsi prosesləri (karbohidratın asetil formaları, lipid və zülalların hərəkət edilməsi), udlaq vəzlərinin inkişafına təsir göstərir, epitiliyada normal mübadiləni təmin edir və infeksion xəstəliktörədicilərinə qarşı onun dözümlülüyünü artırır. Bütün yaşlı arılar, əsasən də analara lazımdır.
B4 vitamini lipidlərin köçürülməsində iştirak edir, həmçinin asetilxolinin tərkib hissəsidir. Təmiz halda ağ rəngli kristaldır. Həll edilməsi su və spirtdə olur.
B5 vitamini - bərpaedici proseslərdə hidrogenin ötürücüsü kimi iştirak edən deydroqenazın tərkib hissəsidir, çiçək tozunda (100 milliqram/kiloqram miqdarında), sürfələr və yaşlı arılarda olur.
B6 vitamini - zülal mübadiləsində mühüm rol oynayır. O olmayanda boyun artması dayanır, əzələ, sinir-əzələ pozğunluğu (qıcolmalar, tutulmalar) müşahidə olunur. Biotin amin turşularının dezaminləşməsi, asparaqin və yağ turşularının bioloji sintezində iştirak edir.