Çərçivələrin yuxarı dirəklərində bal, sürfə, güləmin şərti işarələrini qoyun.
Qeydiyyat kitabında balın çatışmayan cəhətlərini qeyd edin ki, yaxın zamanda şanlarda bal olmadıqda 1:1 nisbətində arılara şərbət verəsiniz.
Əgər arıxanada oğurluğa meyllilik varsa, bu halda pətəkdən çıxarılmış ballı çərçivələri daşına biləcək yüngül yeşiyə qoyaraq, arıxanadan kənara çıxartmaq lazımdır (Şəkil 1.6). Bundan sonra arıçı ailəyə baxışı davam edə bilər.
Şanda qozbel sürfə aşkar olunduqda dərhal vəziyyəti düzəldin. Bu, ananın çatışmazlığıdır. Ananın sperma qəbuledicisində sperma ehtiyatı bitir. Ana yalnız qaploid tipli erkək arı yumurtaları qoyacaq, yumurtalardan isə erkək arı sürfəsi doğulacaq. Onu dəyişmək lazımdır.
Yemin olmamağına xüsusi diqqət yetirin və onu dərhal yemlə doldurun. Bu işin yerinə yetirilməsini yubatmaq olmaz, çünki ailə ölə bilər.
Baxış keçirilərkən gələcəkdə qozbel sürfənin inkişaf etməməsi üçün erkəkləşmiş ananı qısa bir zamanda məhv etmək lazımdır.
Anaları anasız ailələrə verin. Bu həmçinin məhv edilmiş erkəkləşmiş ana olan ailələrə də aiddir.
Bütün məlumatlar və görülən tədbirləri arıxana jurnalında qeyd edin.
Bacaları geniş açılan pətəklərdə oğurluq halları mümkündür. Bunu da həmçinin nəzərə almaq lazımdır və nəinki oğurluq, həmçinin ailənin qarət olunması və ananın ölməsi ilə nəticələnən hücumların qarşısını almaq üçün vaxtında lazımi tədbirlər görmək lazımdır.