Çərçivələrin birini ailə formalaşarkən yuvanın küncünə qoyun, digərini isə ana birinci çərçivəyə yumurta qoyduqdan sonra pətəkdə yerləşdirin.
Erkək arı sürfəsinin möhürlənməsindən sonra çərçivəni çıxardın, onun yerinə isə yeni çərçivə qoyun.
Möhürlənmiş sürfəni möhürdən açın, kağıza sirkələyin və çıxardın.
Əvvəl 2-3 faizlik sirkə turşusu məhlulu, sonra isə su ilə şanı yuyun, bunlardan sonra şanı qurudun və yuvaya qoyun. Erkək arı şanlarının bir neçə dəfə istifadə olunması arı ailəsini yeni erkək arı yuvalarının hörülməsindən azad edir, bu da öz növbəsində gənə əleyhinə üsulun təsirini artırır.
Varroatozla mübarizəyə qarşı beçələrin yaranması.
Kliniki dərmanlardan istifadə olunması və varroatozla mübarizəyə qarşı üsullar yaşlı və erkək arılar, həmçinin də sürfədə olan parazit üçün faydasız sayılan gənə dişilərinə təsir edir, ona görə də varroatoza qarşı ən vacib üsul arı ailəsində sürfəsiz dövr yaratmaqdır.
Bunun üçün arıxanada may-iyun aylarında əsas arı ailələrindən 4-5 şan gücü olan sürfəsiz beçə yaradın ki, onlar payızda mülayim hava şəraitində və yaxşı yem bazası olduqda özlərini yem ehtiyatı ilə təmin edə bilsin və satış üçün bal verə bilsin.
13.1. Arıların şan və yem ehtiyatı olan yeni pətəyə köçürülməsi
Arılarla olan pətəyi olduğu yerlərdən bir neçə metr məsafəyə uzaqlaşdırın və yerinə şanlarla komplektləşdirilmiş digər şanlarla olan pətək qoyun. Arıları çərçivələrdən yeni pətəyin qabağı, fanerin vərəqinə sirkələyin, tüstü körüyünün tüstüsü ilə bacaya doğru aparın, sonra isə istilik kamerasında təmizləyin. Qalan sürfəni istiləşdirilmiş inkubator ailələrinə qoyun, onlara su verin və arılar doğulduqca 7-10 gündən bir üç dəfə təmizləyin.
Sərbəst iş üçün tapşırıqlar