- Virozlar, xroniki virus iflici, bakteriozlar, Avropa çürüməsi xəstəlikləri və paraçürümə xəstəliklərinin öyrənilməsi
|
-
Virozlara hansı arıların yoluxduğuna diqqət edin.
- Xroniki virus iflici xəstəliyinin əlamətlərini öyrənin və mübarizə üsulları haqda düşünün.
- Amerika çürüməsi xəstəliyi ilə bağlı məlumatlar toplayın.
- Avropa çürüməsi xəstəliyini diqqət mərkəzində saxlayın və mübarizə üsullarına diqqət edin.
- Paraçürüməyə hansı yaş dövründə sürfələrin yoluxmasını öyrənin və yoldaşlarınızla müzakirə edin.
|
- Arıların kolibakterioz, nozematoz, varroatoz və askosferoz xəstəliklərinin öyrənilməsi
|
-
Kalibakterioz xəstəliyinin ölümlə müşahidə olunan yoluxucu xəstəlik olmasına diqqət edin.
- Nozematoz xəstəliyinin yaşlı arı xəstəliyi olmasını öyrənin və mübarizə tədbirləri haqda məlumatlar əldə edin.
- Arılar üçün ən böyük bəla olan varroatoz xəstəliyinin əlamətlərini öyrənin, arılara necə ziyan verməsi, bütün ailəni məhv etməsinə diqqət edin və mübarizə tədbirlərini mütəxəssislə birgə həyata keçirin.
- Arı askosferozu (arılar, erkək arılar və anaların sürfə xəstəliyi) xəstəliyinin törədiciləri və mübarizə yollarını baytar mütəxəssislərinin göstərişi ilə öyrənin.
|