Xəstəliyin əlamətləri - arılar öz bədənindən paraziti çıxartmağa çalışır. Xəstə ailələr yazda zəif inkişaf edir, anaların yumurta qoyması azalır, arıların yay fəaliyyəti azalır. Güclü invaziya zamanı arılar pətəyi tərk edə bilər. Qışda arı topası çox sıx olmur. Arılar çox yem yeyir, ona görə də vaxtından əvvəl arıların nəcislərinə rast gəlmək olar, həmçinin onların ölümü artır. Analar da ölür.
Diaqnozu - arıların bədəni, həmçinin sürfələrin inkişafı gedişatında braulu aşkar etdikdə qoymaq mümkündür.
Profilaktik - Digər arıxanalardan ana arı alınanda, diqqətlə müayinə etmək lazımdır ki, braula ilə yoluxmuş ana arı vasitəsilə öz arıxananıza yayılmasın. Baytar mütəxəssislərin rəhbərliyi altında mübarizə üsulları aparılır.
Müalicə - braula ilə şübhəli arıxanaya karantin qoyulur. Müalicə üçün aşağıdakı preparatlar istifadə olunur: fenotiyazin və folbeks. Yerə düşmüş braulalar yığılır və yandırılır.
Sərbəst iş üçün tapşırıqlar